30.03.2020
Ara
Günlük
alt

İlk qadın maşinist işə götürüldü-YENİ

Bakı Metropoliteni tarixində ilk dəfə qadın maşinist işə götürülüb

Bakı Metropoliteni tarixində ilk dəfə qadın maşinist işə götürülüb.

Məlumata görə, metropoliten tarixində ilk dəfə qatar maşinisti peşəsinə qadınların seçilməsinə şərait yaradılıb.

 Maşinist kimi çalışmaq üçün 10-dan artıq qadın müraciət  edib. Lakin onların arasında yalnız Günay Həbibli seçilib və Bakı Metropoliteni tarixinə ilk qadın maşinist kimi işə götürülüb.

Təlim-tədris prosesinin gedişində ən yüksək nəticə göstərən G.Həbibli buna qədər "Bakı Metropoliteni" QSC-nin hərəkət xidmətində qatarları qəbul edib yola salan növbətçi vəzifəsində çalışıb. Seçim turlarını uğurla keçdikdən sonra öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, Bakı Metropolitenində qatar maşinistlərinin sayı 237-dir. Onlardan 227 nəfəri tək, 10 nəfəri isə cüt işləyir. 13 nəfər isə təlimatçı-maşinist kimi fəaliyyət göstərir.

sputnik az



 

Yorum