İsraildə keçirilən parlament seçkilərində sağ mərkəzçi və sol partiyalar arasında mübarizə getdi. Aparıcı siyasi qüvvələrdən biri olan hakim B. Netanyahunun Likud partiyası 120 yerlik Knessetdə hökuməti təkbaşına formalaşdırmaq üçün tələb olunan 61 mandatı qazana bilmədi. Əsas müxalifət partiyası Sabiq Baş Qərargah rəisi Azyenkontun Yaşar partiyası da hökumət qurmaq üçün lazımi çoxluğu təmin edə bilməyiblər.
ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövqeyi və Vaşinqtonun Kiyevə münasibəti beynəlxalq siyasi müstəvidə ciddi böhrana yol açıb. Ukraynanın cəbhədə müəyyən uğurlar əldə etməsi, eləcə də Rusiyanın strateji obyektlərinə endirilən zərbələr Kiyevin mövqelərini gücləndirirdi. Lakin Donald Trampın Vladimir Putinlə telefon danışığından və onun yaxın ətrafının Moskva ilə təmaslarından sonra Ukrayna ilə bağlı siyasətində dəyişikliklərin baş verdi. Bu isə ABŞ-ın Kiyevə hərbi və kəşfiyyat dəstəyinin məhdudlaşdırılmasına səbəb olub. D. Trampın kürəkəni Kuşner və dostu Uitkofun Moskvaya səfərindən sonra iki lider arasında yeni dostluğun əsasını qoydular.
ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra tərəflər arasında ticarət sövdələşməsinə və Avropa ittifaqı ilə dərin siyasi böhrana gətirib çıxarır.
MDB dövlət başçılarının Türkmənistanda keçirilən sammiti regional və beynəlxalq təhlükəsizlik böhranlarının dərinləşdiyi bir dövrə təsadüf edir. Lakin proseslərə nəzər saldıqda görürük ki, Müstəqil Dövlətlər Birliyi artıq müasir dövrün gözləntilərinə və yeni geosiyasi reallıqlara cavab vermir.
Rusiyanın Ukraynanın enerji infrastrukturu və humanitar obyektlərinə zərbələr endirməsi, təbii ki, onun cəbhədə irəliləyə bilməməsi və yeni ərazilər işğal etməkdə çətinlik çəkməsi ilə bağlıdır. Göründüyü kimi, Rusiya bu istiqamətdə ciddi irəliləyiş əldə edə bilmir, Donbasın inzibati sərhədlərinə çıxa bilmir. Buna görə də Ukraynanın körpülərini, enerji və mülki infrastrukturunu hədəfə almaqla ölkə daxilində sosial narazılıq və etirazlara səbəb ola biləcək proseslərə təkan verməyə çalışır.
ABŞ və İran arasında Nyu-Yorkda keçirilən danışıqlar, xüsusilə xarici işlər naziri Abbas Əraqçi ilə Uytkoff arasında aparılan müzakirələr oldu. İran tərəfi ABŞ-a yeddi bənddən ibarət təklif təqdim edib və atəşkəs tələbini irəli sürüb. Görünür, tərəflər arasında bu həftə də danışıqların davam etdirilməsi nəzərdə tutulur və prosesə Prezident Məsud Pezeşkianın müşavirləri də cəlb olunub.
Rusiya ilə Ermənistan arasında münasibətlərdə ciddi ziddiyyətlər və gərginliklər kəskinləşir. Nikol Paşinyanın Moskvaya səfəri gözlənilir və bu səfər çərçivəsində onun Vladimir Putinlə görüşü nəzərdə tutulur. Hesab edirəm ki, görüşdə əsas müzakirə mövzularından biri Ermənistanın xarici siyasət oriyentasiyası, xüsusilə Avropa İttifaqı ilə inteqrasiya məsələsi və Ermənistanın Avrasiya İqtisadi İttifaqında gələcək statusu olacaq.
Məhz Səfəvilər dövründə bütöv Azərbaycan oldu. Həmçinin xalq olaraq tarixdə imperiya yaratdıq. Şah İsmayılın Bakıda abidəsini cənab prezident İlham Əliyev yenidən bərpa etdirdi. Şah İsmayıl Xətai adına hərbi orden və Bakıda inzibati rayon var.
Rusiya Prezidenti V. Putinin Azərbaycan Prezidentinə telefon zəngi göstərir ki, Moskva Azərbaycanla siyasi, iqtisadi, təhlükəsizlik və regional əməkdaşlıq münasibətlərinin inkişafında maraqlıdır. Bu, son dövrdə münasibətlərdə yaranmış gərginliyin aradan qaldırılması və yeni mərhələnin başlanması istiqamətində Rusiyanın niyyətini nümayiş etdirir.
Türkiyədə CHP dönəmi bitdi. Ötən əsrin 70-ci illərindən ana müxalifət rolunu həyata keçirən CHP-nin hakimiyyətə gəlmək şansları yoxdur. Əgər, şansları olsaydı, 2002-ci ilə qədər Türkiyənin böhranlı dövrlərində gələrdilər. AKP lideri R. T. Ərdoğan güclü Türkiyə qurub. Türkiyə artıq regional gücdən beynəlxalq siyasi nizama yön verən ölkə olub.
Bu ilin axırına kimi Azərbaycanla Ermənistan arasında Yekun sülh müqaviləsi bağlanmayacaq. Buna baxmayaraq iki ölkə arasında paraflanmış sülh müqaviləsinə uyğun olaraq normallaşma prosesi davam edəcək. İki ölkə arasında iqtisadi əlaqələrin müxtəlif sahələri əhatə etməsi üçün yeni sazişlər imzalanacaq.