Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim edilib
26.04.2024

Aprelin 26-da Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Füzuli şəhərinə çatıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət  Komitəsindən  verilən xəbərə görə, yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib. Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Ağdam, Füzuli və  Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.

Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Füzuli şəhərinə daha 39 ailə - 140 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 783 ailə, 2979 nəfərin daimi məskunlaşması təmin edilib.

visiontv.az