Məsələ burasındadır ki, Marqarita Simonyan, Tiqran Keosayan kimi ermənilər hələ də xidmət etdikləri nifrət və kin idealogiyasının iflasa uğramasının, tarixi Azərbaycan torpaqlarında etnik təmizləmə və məcburi deportasiya hesabına onlar üçün "qurulan" “Ermənistan” adlı qucaq dövlətinin rüsvaçı məğlubiyyətinin yeganə səbəbkarı kimi Nikol Paşinyanı görürlər.
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən və ölkəmizin mərkəzi hakimiyyət orqanlarının səlahiyyətli şəxsləriylə erməni icmasının təmsilçilərinin Yevlaxda baş tutan müsbət atmosferli görüşündən sonra Avropa İttifaqının və sözügedən təsisata üzv olan Fransa və Almaniya kimi ölkələrin BMT Təhlükəsizlik Şurasındakı qərəzli iddiaları bir daha Cənubi Qafqazda son 35 il ərzində baş verən proseslərin əsl mahiyyətini gün işığına çıxardı.
Etimad qarşılıqlı anlayışdır. İstər fərdlər, istər cəmiyyətlər, istərsə də dövlətlər arası münasibətlərdə, etimad mühitinin birtərəfli qaydada formalaşdırılması mümkün deyil. Əvvəllər etimaddan, himanizm prinsiplərindən, qonaqpərvərlikdən sui-istifadə edən fərdlərə, toplum və təsisatlara münasibətdə etimadın bərpa edilməsi isə, olduqca çətin, zamana və qarşı tərəfin davranışlarına bağlı olan bir məsələdir.
“Boz zona”lar, hazırda dünya siyasətində əsas qarşıdurma elementi kimi istifadə olunan hibrid müharibələrin əməliyyat məkanı funksiyasını yerinə yetirir. “Boz zona”lar üzərindən ayrı-ayrı dövlətlərə qarşı həyata keçirilən təxribat ssenariləri, birbaşa, yaxud intensiv hərbi müdaxilələrlə müşaiyət olunmasa da, əslində işğaldan və onun doğurduğu nəticələrdən daha ağır cinayət hesab olunmalıdır.
Azərbaycan ərazisində, Qarabağ iqtisadi rayonunun bir hissəsində yaşayan ermənilərin ərzaq və humanitar yardım tədarüki üçün Ağdam yolundan istifadə etməyəcəklərini israrla bildirmələri, guya “təzyiq altında”, “blokada şəraitində”, “aclıq və səfalət içərisində” yaşadıqlarını “nümayiş etdirmək”, ölkəmiz əleyhinə böhtan və qarayaxma kampaniyalarını intensivləşdirmək məqsədi daşıyır.
Beynəlxalq Qızıl Xaç Komitəsinin qaçaqmalçılıla məşğul olması, Laçın-Xankəndi yolu üzərində, Azərbaycanın Ermənistanla şərti sərhəddindəki sərhəd-buraxılış məntəqəsindən müxtəlif növ qaçaqmalın keçirilməsinə cəhd göstərməsi, bu təsisatın tarixində yeni və ilk ikrah doğuran hadisə deyil.
Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə üzvlüyü ilə bağlı yazıları, şərh və rəyləri oxudum və doğrusu, bir xeyli təəccübləndim. Artıq “etiraz” və “məzələnmə”, “lağlağı” kampaniyalarının birinci, ikinci, üçüncü, hətta dördüncü dalğası geridə qalıb deyə, rahatca öz öz fikirlərimi yaza bilərəm. Ən yaxşı halda stəkanda “fırtına” qopmayacaq. Elə zənn edin ki, “Omikron”un ən zəif, əldən-ayaqdan düşmüş versiyasıdır. Nə isə...
Azərbaycan səfirliyində terror aksiyası həyata keçirən, bir nəfərin ölümünə, digərinin isə ağır yaralanmasına səbəb olan şəxs ən ağır cinayət törətdiyi üçün çox güman ki, ən ağır cəzaya məhkum olunacaq.
Fransa “Beşinci respublika”nın elan edildiyi vaxtdan – 1958-ci ildən keçən 65 il ərzində özünün ən ağır, ən böhranlı dövrünü yaşayır. Ölkənin həm xarici, həm də daxili siyasətdə “uğursuzluq zolağı”ndan çıxa bilməməsi, istisnasız olaraq Fransa cəmiyyətinin və Avropanın probleminə çevrilmiş, ölkəni bank meneceri kimi idarə etmək iddiasından əl çəkə bilməyən Emmanuel Makronun aşırı səriştəsizliyi, hikkə və qəzəbi ilə bağlıdır.
...Ölkədə kimsə ağzını açıb bircə kəlmə fərqli fikir söyləyə bilmir. Fərqi yoxdur siyasətçi olsun, ədəbiyyatçı, yaxud iş adamı... Elə bir hala salırlar ki, hər şeyə lənət oxuyub kənara çəkilmək, qarğa-quzğun sürüsünün cəmiyyəti necə paramparça etdiyinə kənardan, yüz, bəlkə də min kilometrlərlə uzaqdan baxmaq istəyirsən. Amma bacarmırsan.
Paşinyan: Ən böyük səhvimiz orduya etimad göstərməyimiz olub