Dünən Ermənistanın baş naziri Nikol Paşinyanın keçirdiyi mitinqə gələnlərin sayı onun rəqiblərinin oxşar aksiyalarına qoşulanlardan bir neçə dəfə çox idi. Xatırladaq ki, həmən o rəqibləri Paşinyana "təslim edilmiş" deyirlər. Paşinyan da Serj Sərkisyanın timsalında onları "rədd olunmuşlar" adlandırır.
Statistikaya baxıram, ötən həftə dünyada ən çox sitat gətirilən dövlət başçıları arasında Azərbaycan Prezidentini görürəm. Cənab İlham Əliyevin fevralın 26-da keçirdiyi mətbuat konfransında verdiyi açıqlamalar, səsləndirdiyi fikirlər Asiya, Avropa, Amerika və hətta Afrikanın da onlarla kütləvi informasiya vasitələrində yayımlanıb.
Azərbaycan Prezidenti cənab İlham Əliyev dünən Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzaladı. Nizami ilində Dədə Ələsgərin yubileyinin keçirilməsində mən bir rəmzilik görürəm.
Robert Köçəryanın yenidən Moskvada peyda olması, onunla intervü təşkil edilməsi, Serj Sərkisyanın səfir Kopirkinlə görüşə çağırılması və ötən şənbə “Rusiya ilə birgə güclü Ermənistan. Yeni Birlik Uğrunda” hərakatın yaradılması eyni zəncirin həlqələri təsirini bağışalyır.
İki gündür ki, sosial şəbəkədə minlərlə, bəlkə də, on minlərlə adam Prezident İlham Əliyevin fevralın birində Azərbaycan Televiziyasına verdiyi intervüdə səsləndirdiyi tənqidi fikirləri paylaşır.
Avropa Şurası Nazirlər Komitəsinin sədri, Almaniyanın Xarici İşlər naziri Hayko Maasın AŞPA-nın qış sessiyasında Qarabağda onun təbirincə desək, “möhkəm həll” variantının əldə edilməsində ölkəsinin də töhfə verməyə hazır olduğunu bildirməsi müsbət haldr. O baxımdan müsbət haldır ki, Almaniya Avropa dövlətləri içərisində Azərbaycanın torpaq bütünlüyü məsələsində həmişə beynəlxalq normalardan çıxış edib. Və cənab Maasın bunun ardınca “irəliləyiş hər iki ölkənin bir-birilə dialoqa hazır olduğu halda mümkündür” deməsi, kəşfiyyat məlumatlarına dayanaraq “böhran zonasında müəyyən qədər suriyalı döyüşçü”lərin qaldığını bildirməsi də özündə regiondakı reallığa obyektiv və qərəzsiz yanaşmanı əks etdirir.
Rusiyanın tanınmış hərbi eksperti İqor Korotçenkonun hay nasisti, cəllad və Hitlerin 3-cü dərəcəli əlaltılarından biri olan Qaregin Njdeyə Xocavəndin Rusiya hərbçiləri yerləşdirilən hissəsində heykəl qoyulmasını ölkəsinin üzünə tüpürmək kimi qiymətləndirməsi tam doğru yanaşmadır.
Verilən reaksiyadan belə görünür ki, ABŞ-ın Avrasiya ölkələrilə siyasətinə təsir baxımından önəmli rol oynayan beyin mərkəzi-“Atlantik Şura” Azərbaycanın öz torpaqlarının işğaldan azad etdikdən sonra regionda geniş və dərin əməkdaşlığa yol açan "pax caucasica" planını dəstəkləyir. Bu plan və ölkəmizin gələckdə atmaq niyyətində olduğu addımlar haqda dünən sözü gedən beyin mərkəzinin təşkil etdiyi internet seminarda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev açıqlama vermişdi.
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskva görüşləri öncəsi Prezident Vladimir Putinin ölkəsinin güc strukturlarının rəhbərlərini bir araya gətirərək onları dinləməsi orada gərgin danışıqların gedəcəyindən xəbər veirir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2020-ci ilin yekunlarına həsr olunan toplantıda 10 noyabr üçlü bəyanatı və Qarabağla bağlı dedikləri fikirlərə əsaslanaraq bizim Moskvada hansı məsələlərin üzərində dayanacağımızı təxmin etmək olar.
Azərbaycan Prezidenti özünün doğum günlərində indiyədək ilk növbədə xalqın həssas təbəqəsinin təmsilçilərini sevindirməyə çalışıb. Onun ad günləri daha çox keçmiş köçkünlərimizin yeni mənzil və evlərlə təmin olunması, cənab İlham Əliyevin də həmən gün ora köçən ailələrə baş çəkməsi, onlara ürək-dirək verməsi, işğal altındakı torpaqlarımızın mütləq azad ediləcəyi haqda dediklərilə yadımızda qalıb.
Milli Məclisin deputatı Sahib Alıyev son günlər Ermənistanda bəzi qüvvələrin Qarabağda təxribat törətmək cəhdlərinə münasibət bildirirb. Deputat Visiontv.az-a müsahibəsində bir sıra məqamlara aydınlıq gətirib.