Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) tərəfindən ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı tədbirlər davam etdirilir. Fond tərəfindən indiyədək 2 775 şəhid ailəsi ziyarət olunub.
Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) daxil olan vəsaitdən indiyədək hansı istiqamətlər üzrə xərcləndiyi məlum olub. Visiontv.az xəbər verir ki, vəsaitlər ödənişlərin xərc istiqamətləri üzrə bölgüsü və ödənişlərin xərc istiqamətlərinin alt növləri üzrə bölgüsünə uyğun olaraq sərf edilib.
“YAŞAT” Fondunun təşəbbüsü ilə ölkəmizə gələn israilli həkimlər tərəfindən qazilərimizin müayinə və müalicəsi davam edir. 4 gün ərzində israilli həkimlər 130 qazimizi müayinə ediblər. Onlardan 22-si əməliyyat edilib, 25-nə protez göz taxılıb, digərlərinin əməliyyatı isə növbəti günlərdə baş tutacaq.
"YAŞAT” Fondu yaralanan şəxslərin müalicə xərclərinin qarşılanması və şəhidlərimizin ailə üzvlərinin tibbi ehtiyaclarının ödənilməsi üzrə işləri davam etdirir. Qazilərimiz Ayxan İsayevin, Novruz Novruzovun və İsrail İsmayılovun, səhidimiz Ramin Ağayevin atası Ağarəhim Ağayevin əməliyyat xərcləri Fond tərəfindən qarşılanıb.
Bir ay ərzində “YAŞAT” fondu tərəfindən 23 qazi xaricə müalicəyə göndərilib. Bu barədə Visiontv.az-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildiriblər. Qeyd olunub ki, "YAŞAT" Fondu qazilərimizin müalicəsi tam yekunlaşana qədər onları nəzarətdə saxlayacaq.
“YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün layihəsi davam edir. Fonddan verilən məlumata görə, daha bir şəhidimizin yeni doğulan övladının, Əsəd İsgəndərovun Bərdə şəhərində doğulan övladı Əlinin zəruri xərcləri Fond tərəfindən qarşılanıb.
YAŞAT Fondu son günlər sosial şəbəkələrdə qazilər Cahangir Əliyev, Hüseyn Mustafayev, Səbuhi Hüseynlinin səhhətiylə bağlı edilən paylaşımlara münasibət bildirib. Visiontv.az-ın məlumatına görə, fondun yaydığı açıqlamada hər üç qazinin səhhətinə xüsusi həssaslıqla yanaşıldığını bildirilib:
“YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana tibbi-humanitar yardım məqsədi ilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib.
Ağır yaralanan qazilərimiz Ağaşov Qulu Rövşən oğlu, Tağıyev Nurlan Əliağa oğlu, Həşimov Qismət Razim oğlu, Həsənov Bəxdiyar Dilqəm oğlu, Namazov Həbib Aydın oğlu, Kərimov Röyal Şəhadət oğlu, Xanəliyev Elşən Çingiz oğlu, Əliyev Əli Tofiq oğlu, Əhmədov Xəyyam Hidayət oğlu, Məmmədov Şəmsi Lətif oğlu “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndəriliblər. Ölkəmizdəki həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.
"Türkiyədən ölkəmizə bir qrup həkimlər dəvət olunmuşdu. Həmin həkim heyətinin tərkibində ortoped, travmatoloq, ümumi cərrah, beyin cərrahı və digər ixtisaslı həkimlər var idi. Onlar üç gün ərzində bizim tibb müəssisələrində ağır vəziyyətdə olan qaziləri müayinə ediblər". Bunu APA-ya açıqlamasında "YAŞAT" Fondunun rəhbəri Elvin Hüseynov deyib.
"YAŞAT” Fondunun dəstəyi ilə ölkəmizə gətirilən türkiyəli həkimlər 3 gün ərzində 150-dən çox qazimizi müayinə ediblər.