Erməni müxalifəti Paşinyanın Moskva səfərinə "icazəli etiraz" etməklə, baş nazirlərinin əlini gücləndirir.
Köçaryan, Manikyan və digərləri anlayırlar ki, növbədənkənar seçki olsa, Paşinyan (və yaxud ona yaxın qüvvələr) qalib gələcək.
"Ümumi Qafqaz evi", Cənubi Qafqaz ölkələrinin biriliyi ideyası çox müzakirə edilir.
Müəllimin müsahibələrinə baxıram. Olduqca hazırlıqlıdır. Dəqiq cavab verir.
İran Azərbaycanla sərhədində Ankaranın ( o cümlədən rəqib məzhəbin, eyni zamanda NATO-nun) təsirinin olmasını arzulamır.
Gürcüstan qaynayır, Belarus qaynayır, Ukrayna qaynayır. Bütün imperiya toz içindədir, cənab Putin. Şimali Qafqaz, Dağıstanın qaynamasına az qaldı.
Cenevrə görüşündən dərhal sonra Paşinyanın Putindən hərbi yardım istəməsi danışıqların iflasından xəbər verir.
“Cenevrə görüşü”ndən müsbət heç nə gözləməsəm də, fikirləşirəm ki, diplomatik cinahı gücləndirməliyik. Qarabağ danışıqlarında incə detalları belə bilən, XİN müavini Araz Əzimov danışıqlar prosesinə cəlb edilməlidir.
Ali Baş Komandanın son müraciətini birlik çağırışı adlandırıb, Azərbaycan müxalifətinin real gücü olan AXCP və Müsavat rəhbərliyindən xahiş eləmişdim ki, onlara uzanan əli sıxsınlar.
Ali Baş Komandan çıxışında ermənilərin peşka olduğunu və arxalarında Rusiyanın durduğunu dolayısı ilə bəyan etdi və milli birlik anonsunu verdi. Ona kənar təzyiqlər arta bilər.