Ölkədə internetin sürəti və hazırki mövcud vəziyyət - TƏHLİL
Ölkədə internetin sürəti və hazırki mövcud vəziyyət - TƏHLİL
17.04.2024 Elvin ABBASOV Tərəfindən

Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb. 

Genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət olan “Ookla”nın mart ayı üzrə hesabatına görə, ölkəmizdə genişzolaqlı internetin sürəti 12 ayda artaraq orta hesabla 38,32 Mbit/s-i keçib. Bu, illik sürətin 38% artımı deməkdir.

2022 və və 2023-cü ildə eyni təşkilat ölkədə genişzolaqlı internetin sürəti ilə bağlı hesabatda müvafiq olaraq 19.93 Mbit/s və 27,84 Mbit/s sürət qeydiyyatını təqdim etmişdi. Bu isə öz növbəsində 40% artım demək idi.

Nazirlik bir neçə gün öncə “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2024-cü ilin ilk üç ayı ərzində Azərbaycanda 251 min ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradıldığını və ümumilikdə isə 2,16 milyona yaxın təsərrüfat genişzolaqlı internetlə əhatə olunduğunu və bunun, ölkədə mövcud ev təsərrüfatı və biznes subyektlərinin 74%-ni təşkil etdiyini bildirib.



Cari ilin ilk üç ayı ərzində Bakı şəhərinin 79 min ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxışı təmin edildiyini və ümumilikdə isə paytaxtda indiyədək 0,95 milyona yaxın təsərrüfat üçün GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıldığını və bunun, Bakı şəhərində mövcud ev təsərrüfatı və biznes subyektlərinin 86,5%-ni təşkil etdiyini bildirib.

Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində aparılan infrastruktur işləridir.

“Onlayn Azərbaycan” layihəsi 2024-cü ilin sonuna yekunlaşacağı gözlənirlir.

AİKTSA sədri Elvin Abbasov