Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bugünlərdə Dubayda keçirilmiş Qlobal Qadınlar Sammitində Kamboçiyanın Qadın məsələləri üzrə naziri Ing Kantha Phavi ilə görüşüb.
MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qlobal Qadınlar Sammitində Kamerunun Ailə, Qadın və İnkişaf məsələləri üzrə naziri Marie-Therese Abena Ondoanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Kamerunlu nazirlə Qlobal Qadınlar Sammitində öncəki illərdə keçirdiyi görüşləri xatırladan Q.Paşayeva, yenidən görüşdən məmnunluğunu ifadə edib.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin mayın 3-də Şuşada Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda IV Beynəlxalq konfransda çıxışını öyrənməli, nitqimizdə yararlanmalı, fəaliyyətimizdə müvafiq qaydada tətbiq etməliyik. Azərbaycanın əbədi, Türk dünyasının 2023-cü il üzrə Mədəniyyət paytaxtı olan Şuşada – bəli, məhz əziz Şuşada, məhz Heydər Əliyev İlində və məhz Prezidentin verdiyi ismarıclar təvafüqlükdür. “Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və biz onun arzusunu gerçəkləşdirdik. Azərbaycan xalqı bununla fəxr edir. Təkcə Azərbaycan vətəndaşları yox, bütün azərbaycanlılar buna sevinir”.
O, böyük və şərəfli bir ömür yolu keçmiş, həyatı, əməlləri ilə başqalarının da ömrünü işıqlandırmışdır. Bu dünyaya insanlara nur paylamaq, xeyirxahlıq etmək üçün gələn görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 62 illik şərəfli ömür yolu nəsillərə örnəkdir. Zərifə xanım çağdaş, güclü Azərbaycan dövlətçiliyinin memarı, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət – Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu idi. O, hər zaman Ulu öndərimizin yaxın sirdaşı, həyat dostu, ən böyük mənəvi dayağı olub.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva İzmir Şəhid Ailələri Yardımlaşma və Həmrəylik Dərnəyini ziyarət edib, Dərnəyin İdarə heyəti başqanı Yücel Alphan və heyət üzvləri ilə görüşərək, qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib.
Azərbaycan Hərbi İnstitutunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən, bu institutun və “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin birgə təşkil etdiyi tədbirin keçirilməsini alqışlayan Q.Paşayeva ürək sözlərini böülüşüb, dahi şəxsiyyətlə bağlı xatirələrini danışıb.
Azərbaycan Prezidenti İlham Əliyevin bu il aprelin 10-da qardaş Qazaxıstan Respublikasına rəsmi səfəri ən yeni dönəm tariximizin əlamətdar, önəmli hadisələrindəndir.
MM Mədəniyyət Komitəsinin dəstəyi və xaricdən gəlmiş qonaqların iştirakı ilə Akademik Zərifə Əliyevanın 100 illik yubileyi münasibəti ilə tədbir təşkil olunub.
Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva parlamentin növbəti plenar iclasında çıxış edib və bir sıra vacib mövzulara toxunub.
1918-ci ilin mart ayının sonları, aprelin əvvəllərində, ən qanlı hadisələr etibarı ilə 30 mart - 03 aprel aralığında Bakı şəhərində və (o vaxtkı rəsmi adlandırma ilə desək) Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə azərbaycanlılara qarşı soyqırım aktı törədilib. Günahsız azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsi “Bakı Soveti” və daşnak erməni silahlı dəstələri tərəfindən xüsusi amansızlıqla icra edilib. Rəsmi qaynaqlara əsasən, bu soyqırım aktı nəticəsində ən azı 12 min azərbaycanlı vəhşiliklə öldürülüb, on minlərlə insan itkin düşüb.
Bu il fevralın 28-də Milli Məclisin Mədəniyyət komitəsi olaraq, Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi ilə birgə “Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsi ilə bağlı birgə ictimai dinləmə keçirdik.