Bu qısa yazı kimliyimizdən, cinzimizdən, gəlir səviyyəsindən asılı olmayaraq hər birimizi düşündürəcək və həyatımıza, yaşayışımıza birbaşa təsir edən məsələni əhatə edir.
Xüsusilə müasir dövrdə müharibə orduların, silahların deyil, beyinlərin, düşüncələrin toqquşması, mübarizəsidir. Bu mübarizələrdə sahədə daha çox silahı, daha çox ordusu olan deyil, düşüncə tərzi daha güclü olan qalib gəlir. 44 günlük müharibədə də biz bunun canlı şahidi olduq. Nədir bu düşüncə tərzi? Bu düşüncə tərzi analitik, fərqli düşünə bilmə, başqalarının görə bilmədiyini görə bilmək, məsələyə bir, iki deyil, 5-10 və daha çox bucaqdan baxa bilməkdir.
Diqqətə layiq, amma diqqətdən kənarda qalan bir çox məsələlər var.
Keçən həftə qardaş Türkiyə açıqladı ki, 6 aya mövcud vəziyyətin meyvələrini dərəcəyik. Sonra qeyd olundu ki, biz Çin kimi olacağıq və əsas hədədfimiz, ixrac, ixrac, ixrac. Qeyd olunan 3 hədəf kifayətdir, yoxsa yox? Bu suala cavab tapmağa çalışaq.
Bu gün radioda avtomobil ustalarının söhbətinə qulaq asarkən aktual bir fikir, daha doğrusu giley-güzar diqqətimi çəkdi. Avtomobil ustaları savadsız, qeyri-peşəkar avtomobil ustalarından şikayətçi idilər. Həmin qeyri-peşəkar ustaların nə qədər maşınları daha da xarab etdikləri, sahiblərini zərərə uğratdıqlarını qeyd edirdilər.
Əsarət altında olan ölkələrin müstəqillik dövrlərində iqtisadi inkişaf səviyyələri onları vaxtilə əsarət altında saxlamış ölkələrin davranış və xislətlərindən çox asılıdır.
İsraildə aparılan araşdırmalar Pfizer Biontech peyvəndinin Delta variantına qarşı təsirinin 70% olduğunu göstərdi. Pfizer Biontech peyvəndinin koronavirusun digər variantlarına qarşı təsiri 95%-dir.
İqtisadiyyata qeyri-səlis məntiq nəzəriyyəsi prizmasından baxdıqca bir çox maraqlı məsələlər kəşf edirsən. Bir çox qayğılar, məsələlər daha aydın görünür.
Ağdam rayonunda minaların xəritəsinin cəmi 20-30% doğru olması ilə bağlı dolaşan xəbərlər təəssüf doğursa da, təəccüb doğurmur.
Nədir bu bazar və ya tez-tez səsləndirdiyimiz bazar iqtisadiyyatı? İqtisadi nəzəriyyə və kitablardakı tərifləri təkrar etməyəcəm. Sizə bazarı fərqli və (iqtisadçı olmayan dostları da nəzərə alaraq) müqayisəli bir şəkildə izah etməyə çalışacam. Nə ilə müqayisə edəcəm?
14-20 iyun tarixlərində ABŞ-Türkiyə, ABŞ-Rusiya prezidentlərinin görüşləri, NATO ölkələri başçılarının sammiti, Avropa Birliyi-ABŞ ölkə başçılarının sammiti önəmli hadisələr ən azı növbəti 1 il üçün dünyanın siyasi və iqtisadi platformalarında gedişatı və tendensiyaları təxmin etməyə, müəyyən dərəcədə proznozlaşdırmağa imkan verəcək. Ölkəmizin də diqqətlə izləyəcəyi və gözlədiyi ABŞ və Türkiyə prezidentlərini görüşü çox vacib və həyəcanvericidir. Bu görüş həm də Türkiyə iqtisadiyyatının vəziyyətinə və bundan sonrakı taleyinə də təsir göstərəcək.