İstedadlı tədqiqatçımız Adıgözəl Məmmədovun tariximizin gizli məhcullarına gün işığı tutan “Şirvanşahlar Azərbaycan dövlətçiliyinin gen yaddaşıdır”kitabı işıq üzü görüb. Müəllif qeyd edir ki, “Şirvanşahlar Azərbaycan dövlətçiliyinin gen yaddaşıdır” kitabı rus yazarı Vladimir Fyodoroviç Minorskinin ingilis dilində olan uydurma “Şirvanşahlar tarixi” kitabına bir cavab olaraq qələmə alınmışdır.
2018-ci ilin oktyabrın 24-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Şirvanşahlar Saray Kompleksində “Şirvanşahlar irsi dünya muzeylərində” sərgisi açıldı. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışında iştirak etdi. Sərgi Bakıda keçirilən “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində təşkil edilmişdi. Sərgidə dünyanın ən böyük muzeylərindən Azərbaycana gətirilən nadir eksponatlar nümayiş olundu.Sərginin əsas eksponatlarını İstanbul Əskəri Muzeyi tərəfindən təqdim olunan maddi-mədəniyyət nümunələri təşkil edirdi. Sərgidə Şirvan hökmdarı Fərrux Yasara aid 4 dəbilqə, Şirvanşah Keyqubad və Şirvanşah I Xəlilullaha aid zirehli köynəklər 500 ildən sonra öz ata ocaqlarında sərgiləndi. Eyni zamanda Gürcüstan Milli Muzeyindən gətirilən Pir Hüseyn xanəgahına məxsus kaşı nümunələri də nümayiş olundu.Təəssüflər olsun ki, sovet tarixşunaslığının bizə sırıdığı və həqiqətləri əks etdirməyən yalanlardan yaxa qurtarmaq üçün, bu gün tədqiqatçılarımız tarixi keçmişimizlə bağlı faktları zərrə-zərrə toplayıb, ona yeni baxış nöqtəsini yaratmağa məcburdular. Tarixi yaddaşımızın ağ səhifələrindən biri də Şirvanşahlarla bağlıdır. Söhbət Qafqaz Albaniyasında vahid hakimiyyətin süqutundan sonra Cənubi Qafqazda meydana gəlmiş, orta əsrlərin oturuşmuş dövlətlərindən sayılan Şirvan dövlətindən gedir.
Bu gün bütün Avropada nəinki türkofobiya, həmçinin islamofobiya da çox körüklənir. Bu əlbəttə, liberal dəyərlərlə pərdələnərək ictimai şüurlara hökm kəsilməyə başlayan avropa milliyətçiliyidir. Bunun da əsas təbiğçiləri Fransa və Almaniyadır.
Martın 28-də Azərbaycanın milli təhlükəsizlik orqanlarının yaradılmasının 103-cü ildönümü tamam olur. Xüsusi xidmət orqanlarımızla bağlı olan, bir çox tarixi - siyasi şəxsləri araşdıran Psixoloji Portretologiya və Siyasi Analizlər Mərkəzinin rəhbəri, Adıgözəl Məmmədovla görüşərək ondan müsahibə almaq qərarına gəldik:
İnsan və cəmiyyət, cəmiyyət və dövlət, eyni zamanda, dövlət və dünya münasibətlərinə həsr olunan layihəsinin budəfəki qonağı Psixoloji Portretologiya və Siyasi Analizlər Mərkəzinin rəhbəri, Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı İnstitutunun ekspertlər şurasının üzvü,”Bakı – Seul körpüsü” ictimai birliyinin sədri , tanınmış araşdırmaçı Adıgözəl Məmmədovdur. Onun tarixi şəxslər, xüsusən də Kreml rəhbərləri, Mir Cəfər Bağırov və başqaları barəsindəki maraqlı tarixi-psixoloji araşdırmalarını oxucular rəğbətlə qarşılayıb:
Tarixi təcrübə sübut etmişdir ki, hər yeni əsr dünyada geosiyasi və iqtisadi maraqların yenidən müəyyən edilməsi ilə şərtlənir. Bu mənada yaşadığımız yeni yüzil də istisna təşkil etməmişdir. Müasir müstəqil Azərbaycan tariximizdə Rusiya ilə Azərbaycan arasında münasibətlərin strateji təmələ söykənən inkişafı Ümummilli liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə yenidən gəldiyi illərə təsadüf edir. Müasir Azərbaycan dövlətinin banisi Ümummilli liderimiz Heydər Əliyev Rusiya ilə münasibətlərə həmişə xüsusi diqqət yetirmiş və hələ 70-ci və 80-ci illərdə Azərbaycanın rəhbəri olan dövrdə SSRİ-nin, o cümlədəndə RSFSR-in aqrar, sənaye, təhsil və digər sahələrindən respublikamızın mənafeyi üçün məqsədyönlü şəkildə yararlanmağı bacarmışdı.
ABŞ Mərkəzi Kəşfiyyat idarəsinin 40-cı və 50-ci illərdə İran Azərbaycanı və Sovet Azərbaycanı ilə bağlı gizli dosyelərindən məxfilik qrifini götürüb.
Bu gün bizim müşahidə etdiyimiz odur ki, Türkiyənin Yaxın Şərqdə və Avrasiya coğrafiyasındakı strateji mövqeyi bir çox imperialist dövləti çox ciddi narahat edir…
İstedadlı tədqiqatçı Adıgözəl Məmmədovun M.C.Bağırovun gizli məhculları və o dövrün hadisələrinə gün işığı tutan “M. C. Bağırov Siyasi Portret” kitabı işıq üzü görüb. Kitab M.C.Bağırovun Azərbaycan siyasi idarəsinin rəisi, AK(b)P və sonradan AKP MK-nın birinci katibi işlədiyi zaman respublikadakı ictimai-siyasi vəziyyətdən, onun apardığı siyasətdən, Stalin və Beriya ilə əlaqələrindən və onun həyatından bəhs edir.
İraq Kürdüstanı regionda olan neft ölkələri kimi təbii sərvətlərindən bəhrələnmək istəyir və bu proselərdə strateji partnyorları ilə regionun aparıcı oyunçusuna çevrilməyə çalışır.
31 mart soyqırımında M.C.Bağırov yerli əhalini qorumaq məqsədi ilə silahlı dəstə yaradıb.