Türkiyədə Sarıqamış əməliyyatının ildönümüylə bağlı yürüş keçirilib - FOTOLAR
07.01.2024

Türkiyənin Qars vilayətində baş verən Sarıqamış əməliyyatının 109-cu ildönümü münasibəti ilə anım tədbirləri çərçivəsində "Bu torpaqda izin var!" adlı yürüş keçirilib.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, “Bu torpaqda izin var” adlı yürüşə qatılmaq üçün səhərin erkən saatlarında soyuq hava şərtlərinə baxmayaraq çox sayda gənc və yaşlı vətəndaş "Türkiyə şəhidləri ilə yürüyür" şüarı ilə Qızılbucaq zirvəsində bir araya gəlib. 

Vətəndaşlar Qızılçubuq bölgəsində ilk dəfə şəhidlərin xatirəsinə ucaldılan qar heykəllərin qarşısında və təhlükəsizlik qüvvələri ilə xatirə şəkilləri çəkdirib.

İlahə Əliyeva