“Bu vaxta qədər heç bir siyasi lider yumşaq güc adlandırılan medianın imkanlarından bu qədər səmərəli istifadə edə bilməyib”.
Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsindən sonra ilk dəfədir ki, kaputiliyasiya aktına imza atmış Ermənistanda rəsmi şəkildə kommunikasiyaların açılmasından danışırlar və bu baş nazir tərəfindən dilə gətirilir/Şübhəsiz ki , bu özlüyündə yaxşı haldır və Azərbaycanın yaratdığı yeni geosiyasi və geoiqtisadi reallığın Ermənistan tərəfindən qəbul edilməsinin başlanğıcıdır .Ancaq bu hələ heç də o demək deyil ki , Azərbaycan dərhal 30 il torpaqlarımızı işğal altında saxlamış , xalqımıza qarşı hərbi cinayətlər , soyqırımı törətmiş , tarixi, dini və mədəni abidələrimizi yerlə yeksən etmiş bir öklə ilə dərhal əməkdaşlığa başlayacaq .
Ermənilər Cənubi Qafqaza köçürüldükləri ilk gündən məskunlaşdırıldıqları bütün ərazilərimizdə tarixi abidələrimizə və yer adlarımıza qarşı düşünülmüş və məqsədyönlü şəkildə saxtalaşdırma siyasəti həyata keçiriblər. Ona görə ki, gələcəkdə özlərini bu yerlərin sahibi kimi təqdim etməyə əsas yaratmaq fikrində idilər.
Ermənistanın keçmiş prezidenti son açıqlamasında sözün əsli mənasında özünün terrorçu, vaxtilə rəhbərlik etdiyi dövlətin isə terrorçu dövlət olduğunu etiraf edib. Heç bir siyasətçi hələ indiyənədək öz siyasi xələfini qonşu ölkəyə qarşı münasibətdə daha yaxşı və cəsarətli terrorçu ola bilməməkdə qınamayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri tarixi böyük qayıdışımızın ilkin addımları kimi qiymətləndirilə bilər. Əgər biz bu vaxta qədər bir neçə dəfə baş tutmş bənzər səfərlərdə işğaldan azad olunmuş torpaqlarımızda sadəcə Azərbaycan bayrağının qaldırılmasının qürurunu yaşayırdıqsa bu səfərdə artıq həyata keçirilmiş ilkin infrastruktur layihələrinin açılışının və təməlqoyma mərsimlərinin keçirilməsini görürük. Unutmamaliyıq ki, cəmisi bir neçə ay bundan öncə işğal edilmiş torpaqlarımızın azad olunması haqqında düşünürdük.
Cənub Qaz Dəhlizi Azərbaycanın müəllifi olduğu çox mühüm enerji layihələrindən biri kimi tarixə düşüb. Əslində 10 il bundan əvvəl ideya halında olan nəhayət 2014-cü ildən inşa edilməyə başlayan və cəmisi altı ildə tikintisi başa çatdırılan 3500 ki-lik bir kəmərin belə qısa müddətdə istismara verilməsi özlüyündə ayrıca bir hadisədir. Çünki söhbət heç də sadəcə adi bir enerji layihəsindən getmir.
Bu gün noyabr ayının 10 da imzalanmış üçtərəfli bəyanatdan 3 ay keçir. Hər şeydən öncə qeyd etmək lazımdır ki , müharibələr tarixində cəmisi 44 gün kimi qısa müddətdə belə həlledici nəticələr əldə etmək və belə mürəkkəb bir problemə sadəcə bəyanat vasitəsilə ona son qoymaq görünməmiş bir hadisədir. Azərbaycan 30 il aktiv fazada davam edən və ən azı 100 il mövcud olmuş problemi bu şəkildə həll etməklə dünya hərb və siyasət tarixində bir ilkə imza atdı! Beləliklə nə qədər güclü dövlət olduğunu bütün dünyaya, hər şeydən öncə isə düşmənə sübut etdi.
Şuşa ilə bağlı bəzi qurumların təklifləri o qədər yersizdir ki...
Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı deputat Hikmət Babaoğlu deyib.
İşğaldan azad olunmuş ərazilərimizdə yeni mülki idarəetmənin tətbiqi olduqca əlamətdar bir hadisədir.
Azərbaycan-İran münasibətləri ənənvi olaraq regionda dostluq və əməkdaşlıq münasibətləri kimi qiymətləndirilib və qarşılıqlı maraqlara söykənən tərəfdşlığa əsaslanıb.