Bayraqdar Azərbaycanı bu şeirlə təbrik etdi
15.06.2023

“Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib.

Visiontv.az xəbər verir ki, o bu barədə Tviterrdə yazıb.

S.Bayraqdar Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” şeirindən sitat gətirib:

"Birdir bizim hər halımız,

Sevincimiz, məlalımız,

Bayraqlarda hilalımız,

Azərbaycan, Türkiyə.

Can Azərbaycanın 15 iyun - Milli Qurtuluş Gününü təbrik edirəm”.