6.07.2020
Axtar
Gündəlik
alt

Aynişan müəllimi ilə nişanlanıb - FOTOLENT

Bir neçə gün öncə Əməkdar artist Aybəniz Haşımovanın qızı, aktrisa Aynişan Quliyevanın nişan mərasimi keçirilib.

Sənətçi bu barədə özü məlumat versə də, nişanlısının kimliyini hər kəsdən gizlədi

Visiontv.az bildirir ki, axşam.az-ın əldə etdiyi məlumata görə, A.Quliyeva fitnes məşqçisi Kənan Əliyevlə nişanlanıb.

Onların tanışlığı bir neçə ay öncə baş verib. Belə ki, A.Quliyeva K.Əliyevin çalışdığı idman zalında məşqlərə başlayıb. Bu müddət ərzində isə onların arasında sevgi münasibət yaranıb və bunu rəsmiləşdirmək qərarına gəliblər. Aynişan nişanla bağlı paylaşımına "Hər şey "Salam, Aynişan xanım, xoş gəlmisiniz" sözləri ilə başladı" şərhini yazıb.

Milli.az

Şərh