Cümə namazlarında iştirak edən yoxdur- Xaməneinin ofisinin nümayəndəsi
25.04.2024

Hazırda ölkədə camaat və cümə namazları müflis olub və artıq iştirak edənlərin sayının azaldığına görə camaat namazları sonuna yaxınlaşır.

Bunu Əli Xaməneinin ofisinin nümayəndəsi Hüseyn Ənsarian deyib.

"Ziyarətgahların yanındakı 3-4 məscidi nümunə kimi qəbul etməyin, bir çox böyük şəhərlərdə məscidlər bağlanıb",- o, narahatlığını bildirib.

Bir müddət əvvəl isə başqa din xadimi və şiələrin müctəhidlərindən olan Hüseyn Nuri Həmədani İranda məscidlərin boş qalmasından gileylənib.

"Mənə verilən məlumatlara görə məscidlər boşdur və insanlar adi günlərdə məscidlərə getmirlər",- Həmədani narahatlığını bildirib.

Bununla yanaşı Əli Xaməneinin Yəzd əyalətindəki nümayəndəsi və Yəzd şəhərinin cümə imamı Məhəmməd Rza Nasiri vətəndaşların məscidlərə getmədiyini deyib.

İran Ekspertlər Məclisinin nümayəndəsi Ayətullah Cəfər Sübhani də İranda 50 min məscidin istifadəsiz qaldığını bildirib.

visiontv.az