16.012.2019
Axtar
Gündəlik
alt

Trampın şəkli olan corab geydi və TRAMPA nümayiş etdirdi...

Trampın şəkli olan corab geydi və TRAMPA nümayiş etdirdi...

ABŞ-ın Luiziana ştatının vitse-qubernatoru Billi Nanqesser ştata səfər edən Donald Trampın qarşısına qeyri-adi görkəmdə çıxıb.

Teleqraf.com xəbər verir ki, o, ayağına üzərinə Trampın şəkli olan corab geyib və bunu dövlət başçısına nümayiş etdirib.

Tramp bunu təbəssümlə qarşılayıb. Prezidentlə görüşdən çəkilən fotonu Nanqesser tvitter hesabından paylaşıb.

Üzərində Trampın fotoları olan corablar "Amazon” saytında 27,49 dollara satılır.

Şərh