15.012.2019
Axtar
Gündəlik
alt

Azərbaycanda platforma dövrü başladı

Azərbaycanda ilk dəfə platforma şirkəti yaradılıb. TimeSoft adlanan şirkətin, yaratdığı platformalar ölkənin individuallığına və spesifikliyinə görə formalaşmaqdadır.

Visiontv.az-a müsahibə verən TimeSoft şirkətinin həmtəsisçisi və direktoru Elvin Abbasov, şirkətin hədəf və məqsədlərindən danışıb.

Şirkətin hədəfinin Azərbaycanda fəaliyyət göstərən şirkətlərin “TimeSoft” MMC-nin platformalarından istifadə edərək daha rahat iş prosesi qurmaqlarına kömək etmək olduğunu söyləyən Abbasov, şirkətin gələcəkdə platformalarının sayını artıracağını bildirib:

“Müasir dünyanın tələblərinə uyğun və dünya praktikasını ələ alaraq Azərbaycan qanunvericiliyinə uyğun eletron platformalar hazırlayan TimeSoft şirkəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə mərkəzləşmiş elektron iş imkanları təklif edir.”

Müsahibimiz deyib:

“Biz sahibkarların uğuru, inkişaf etmiş cəmiyyətimizin göstəricisidir. Bu səbəbdən fərdi uğurumuz qədər cəmiyyətin uğuru üçün də çalışmaqdayıq”.

TimeSoft bir platforma şirkətidir. Yaratdığı platformalar ölkənin individuallığına və spesifikliyinə görə formalaşmaqdadır. Şirkətin hədəfi ilk öncə Azərbaycanda fəaliyyət göstərən şirkətlərin TimeSoft MMC-nin platformalarından istifadə edərək rahat iş prosesi aparmaqlarında kömək etməkdir. Şirkət gələcək illərdə platformalarının sayını artıracaqdır. Şirkət hal–hazırda 4 istiqamətdə tətbiqlərini genişləndirməkdədir: Agrobirja.az, AgroTV.az, Agro Menecment və Ofis Menecment.  

2018-ci ildən fəaliyyətə başlayan "TimeSoft" şirkəti hazırda Azərbaycanda IT sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətlərdən biridir. Şirkətimizin fəaliyyəti Azərbaycanın müxtəlif müəssisələrindəki biznes və dövlət idarəçiliyində görülən işləri avtomatlaşdırmaq və məhsuldarlığının, effektivliyinin artırılması, həmçinin optimallaşdırılmasına xidmət edir. Bu hədəfə çatmaq üçün İnformasiya Texnologiyalarından effektiv istifadə etməklə vaxta qənaət və daha səmərəli iş prosesi əldə edilir. Biz qısa zaman ərzində bu sahədə bir sıra uğurlu proyektlərə imza atmışıq və ölkəmizdə bir sıra yeni platformalar hazırlamışıq.

Heç bir innovasiya məhsuldar, etibarlı, istifadəsi asan və mövcud aktivlərə uyğun olmadığı müddətcə səmərəliliyin olmayacağının fərqindəyik, Biz layihələrimizlə bağlı gələcəkdə yarana biləcək sualları, ehtiyacları qabaqcadan aşkarlayaraq müasir tələblərə uyğun yenilikçi fikirlər əsasında səmərəliliyi artirmaq, xərcləri azaltmaq və optimal məhsullar təqdim etməyə, eyni zamanda ən müasir texnologiyaların tətbiqini təmin etməyə çalışırıq.

Agrobirja bir TimeSoft məhsuludur və platforma kimi fəaliyyət göstərməkdədir. Kənd təsərrüfatı ölkəmizdə ərzaq təhlükəsizliyini təmin edib, digər ölkələrdən aqrar aslılığı azaldacaq, həm də neft sektoruna alternativ ola biləcək ən prioritet sahələrdən biri kimi dövlət proqramlarında geniş yer tutacaqdır. Bu baxımdan kənd təsərrüfatı məhsullarının qiymətləndirilməsi çox böyük əhəmiyyət daşıyır. Agrobirja platforması da məhz kənd təsərrüfatı məhsullarının qiymətləndirilməsini aparmaq, müxtəlif təsərrüfatlara məxsus məhsulların qarşılıqlı qiymətlərini göstərmək məqsədi ilə yaradılmışdır. Platforma alıcıya seçim etmək, müxtəlif məhsulların qiymətini dəyərləndirmək imkanı verməklə, sahibkarlara, ümumiyyətlə kənd təsərrüfatı ilə maraqlanan hər bir şəxsə faydalı olacaq.

Hal hazırda individual olaraq şirkətlərin istifadə etdiyi Ofis Menecment 2020-ci ildən platforma kimi fəaliyyət göstərcəkdir. Kiçik və Orta sahibkarlar böyük məbləğlər xərcləyərək Sənəd dövriyyəsi, İnsan resursları, Maliyyə və Anbar təqib sistemləri, Marketing və SMM sistemləri alacaq qədər maddi imkanları olmaya bilər. Cünki bunlar böyük xərclər tələb edir. Bütün bunlar düşünülərək Ofis Menecment yaradılmışdır. Ofis Menecment bir platformadır və bu sadalananlardan daha çox elektron xidmət burda yer almaqdadır. Artiq kiçik və orta sahibkarlar da qeydiyyatdan keçərək bu sistemləri aylıq kiçik üzvlük haqqı ödəyərək istifadə edə bilər.

Hal hazırda ölkəmizdə agro sahəsində iş aparan bir neçə iri agro parklar Agro Menecmenti istifadə etməkdədir. 2020-ci ildə AGRO Menecmenti platforma kimi istifadəyə verməyi planlaşdırırıq.

AGRO Menecmentin kənd təsərrüfatı sahəsində işlər aparan əkinçi və fermerlərin işlərinin idarəsində böyük köməyi olacaqdır. Misal üçün bir AgroParkların əkin planlamasını, iş planlamasını, suvarma sistemlərini, anbar və ehtiyyatlarını, insan resursları və maliyyə məsələrini tam əks etdirərək bütün işlər üzrə asanlıq yaradır. Kamer, Turniket, Nəqliyyatların izlənməsi kimi başqa xidmətləri də öz daxilinə integrasiya edərək xəritə üzərindən öz ərazilərini və nəqliyyatlarını görərək onları planlaya, idarə edə biləcəklər."

Şərh