21.010.2019
Axtar
Gündəlik
alt

Arvadını bacısı adıyla elçiliyə göndərən şəxsin fırıldağı açıldı...

Evindən 500 min manata yaxın qızıl- zinət əşyaları oğurlanan, əlavə 360 min manat ziyana düşən qadının hekayəti.

Visiontv.az bu günlərdə özünü Bənövşə Əliyeva kimi təqdim edən qadının cənubxəbərlərin-ə daxil olan  yaşadıqlarını öz hekayəsi ilə dilə gətirir:

"Uşaqlığım zülmlə keçib. Atam maldar olduğu üçün elə mən də uşaq vaxtından qoyun, mal-qara otarmışam. İşimiz çöl-bayırla olduğu üçün əməlli-başlı savadım da olmayıb.

3 bacı, 5 qardaş idik. Tale elə gətirdi ki, 2 qardaşım Rusiyaya getdi. Babat pul qazanmağa başladı. Qərara gəldik ki, bizə də sərmayə versin, burada çörək qazanaq. Beləcə, qızıl alverinə başladıq. 20 ildən artıqdır ki, bu alverlə məşğulam.

Ürəyim istəyən adam olmadığı üçün taleyimlə barışmış, tənha yaşamağa qərar vermişdim. 42 yaşım olanda o vaxt Təzə bazarda işlədiyim dükanda mənə bir nəfər cəlilabadlı yaxınlaşdı, dedi ki, saatsaz axtarıram, haradan tapım? Beləcə tanış olduq. Daha sonra 2 dəfə də gəldi. 3-cü dəfə isə bir qadınla gəldi.

Sonra Köhnə bazara yerimi dəyişəndə yenə əl çəkmədi.

Yaxınlarıma bildirdim ki, belə bir adam mənə yaxınlaşır, evlənmək təklif edir. Bacım razı deyildi. Lakin ətrafdakılar təkid etdiyi üçün razılaşdım. 

"Bir qadın, 2 yeniyetmə qızla bizə elçiliyə gəldilər"

Bacısı adlandırdığı şəxs və bacısı uşaqları adlandırdığı 2 yeniyetmə qızla bizə gəldi. Qardaşım, bacım evdə idi. Razılığa gəlib aldım-verdim etdik. Rəsmi nikaha girmədik.

Sonralar, daha doğrusu, bu günlərdə bəlli oldu ki, bacısı adı ilə gələn qadın onun 1-ci həyat yoldaşı, yeniyetmələr isə öz qızları imiş. Yəni, əvvəlki arvadı və öz qızları ilə bizə elçiliyə gəlib.

Avamlığımdan, savadsızlığımdan bilməmişəm. Dərindən araşdırmadan, həyat yolunu ətraflı öyrənmədən əslən Cəlilabad rayonundan olan Elçin adlı bu oğlanla ailə həyatı qurmağa razılıq verdim.

Toyun bütün xərcini özüm çəkdim.

Deyirdi ki, kasıb oğlanam, heç nəyim yoxdur. 3 bacım, 3 qardaşım var. Heç biri ilə aram yoxdur. Anam da yoxdur (sən demə, var imiş). Ona görə onlar toya gəlməyəcək. Buna görə geyim-keçimindən, toyun yemək-içməyindən tutmuş, ən xırda xərcinə qədər mən etdim.

Toyumuz 2009-cu il, mayın 19-da Şərəfə kəndindəki "Kamran" şadlıq sarayında oldu.

10 ilə yaxın bir yerdə yaşadıq. Maşın aldım, pal-paltar, yemək-içmək, dərman-həkim pulu, benzininə qədər... qısası, nə xərci var idisə, mənim çiynimdə idi.

"Pul qopartma oyunları isə toydan təxminən 3 ay sonra - 30 min manat istəməklə başladı"

Ailə həyatı qurmağımızdan təxminən 3 ay keçmişdi ki, Elçin dedi, mən əvvəllər Gəncədə maşınla adam vurmuşdum. Həmin adam da ölmüşdü. İndi həmin işi yenidən tərpədiblər. Mənə 30 min manat lazımdır ki, həmin işi bağlayım. Bir az tərəddüd etsəm də, düşündüm ki, yeni ailə qurmuşam, hələ ki, imkanım var, pulu verim, bu iş bitsin. Beləliklə, 30 min manatı ona verdim".

 

BAKU.WS

 

Şərh