Azərbaycanda qiymətlərin proqnozlaşdırılandan daha çox artması dövlət büdcəsinə təsir göstərməsi mümkündür. Hökumətin hesablamalarına görə, inflyasiya ilə bağlı ən mənfi ssenarinin baş verməsi 2030-cu il üçün nəzərdə tutulan maliyyə hədəfindən kənarlaşmaya səbəb ola bilər.
Ağ ev Hörmüz boğazından gəmiləri keçirməyə fasilə verib və İrana qarşı hərbi əməliyyatların əsas mərhələsinin başa çatdığını bildirib. Gərginlik azalırmı, yoxsa bu, növbəti mərhələdən öncə taktiki fasilədir? AzadlıqRadiosunun Vaşinqtondakı baş müxbiri Aleks Raufoğlu Corc Buş administrasiyasında prezidentin xüsusi köməkçisi olmuş Barri Pavel ilə bu suallar ətrafında söhbət edib.
“Bilirsiniz, bu iddia gülüncdür. İran İsraildən 1 500 kilometr məsafədədir. Milyonlarla insan küçələrə çıxdı. İran hökuməti öz xalqından minlərlə insanı öldürürdü. Bunun İsrail və ya ABŞ-la nə əlaqəsi var? Onlar xalqın ehtiyaclarını ödəyə bilmədilər”.