Növbəti köç karvanları Kərkicahan qəsəbəsinə, Xocalının Xanyurdu və Təzəbinə kəndlərinə çatıb, açarlar təqdim olunub
30.01.2026

Xocalı rayonunun Xanyurdu və Təzəbinə kəndlərinə, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsibə növbəti köç həyata keçirilib, sakinlərə mənzillərin açarları təqdim olunub.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, mərasimdə çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, doğma yurda qayıdan sakinləri əlamətdar gün münasibətilə təbrik edib.

Qeyd olunub ki, köç edən ailələrin sosial rifahı və məşğulluğu daim diqqət mərkəzində saxlanılır, onlar üçün həm dövlət, həm də özəl sektorda iş imkanları yaradılır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün də zəruri şərait mövcuddur.

Sonra Kərkicahan qəsəbəsinə köçən 5 ailə - 25 nəfərə, Xocalı rayonunun Xanyurdu kəndinə 6 ailə - 24 nəfərə, Təzəbinə kəndinə isə 8 ailə - 41 nəfərə mənzillərin açarları təqdim olunub.