“ASAN xidmət”in və “YAŞAT” Fondunun birgə təşkilatçılığı, NEQSOL Holding-in və “Bakcell”in dəstəyi ilə şəhidlərimizin övladları üçün Almaniyanın Frankfurt şəhərində keçirilən yay məktəbi davam edir.
“YAŞAT” Fondunun Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün həyata keçirdiyi "Onlar bizə əmanət" layihəsi davam edir.
Ötən gün Prezident İlham Əliyevin Sərəncamı ilə "YAŞAT" Fonduna müalicə və psixoloji dəstək üçün 5 milyon manat vəsait ayrılıb.
Aprel döyüşlərinin iştirakçısı, Lələtəpə fatehi Ruslan Abbaszadənin borc öhdəlikləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb.
“YAŞAT” Fondunun təşkilatçılığı, “TuranBank”ın baş sponsorluğu, “ASAN Könüllüləri” Təşkilatının və Tovuz rayon İcra Hakimiyyətin dəstəyi ilə Tovuz şəhərində reallaşdırılan növbəti “YAŞAT” idman düşərgəsi başa çatıb.
Türkiyədə müalicə alan qazimiz Vahid Taleh oğlu İmanlı Vətənə geri qayıdıb.
“Türkiyə Texnologiya Komandası”nın (T3 Fondu) təşkilatçılığı, “Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi”nin (TİKA) dəstəyi, “YAŞAT” Fondunun, həmçinin “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə tərəfdaşlığı ilə azərbaycanlı şəhid övladları üçün Türkiyənin İstanbul şəhərində qış düşərgəsi təşkil olunacaq. 26-30 yanvar tarixini əhatə edəcək düşərgəyə 2022-ci ilin may ayında təşkil olunmuş “Teknofest Azərbaycan”ın iştirakçısı olan şəhid övladları qoşulacaqlar.
Şəhidlərin ailə üzvlərinin və müharibə əlillərinin təhsilinə "YAŞAT" Fondunun dəstəyi davam edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısının alınması zamanı yaralanan və Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə olunan hərbi qulluqçularla görüşüblər.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun Himayəçilik Şurasının növbəti iclası keçirilib.
“YAŞAT” Fondu tərəfindən müharibə əlillərinə dəstək davam edir. Belə ki, yaralıların ölkə daxilindəki müalicələrinə daimi dəstək göstərilməsi ilə yanaşı, ağır yaralanmış şəxslər ölkə xaricinə müalicə üçün göndərilir, habelə ölkəmizə mütəxəssislər dəvət olunurlar.