İran yeni həvəsindən əl çəkmir
30.10.2026

Bu dəfə Tehran Universitetinin rektoru Məhəmmədhüseyn Ümid Azərbaycanda vahid məktəb geyimi ilə bağlı qaydaları tənqid edərək azərbaycanlı qızları universitetdə qəbul etməyə hazır olduqlarını bildirib.

Ümid iddia edib ki, Azərbaycanda hicabla bağlı məhdudiyyətlər səbəbindən təhsil imkanından məhrum olan gənc qadınlar Tehran Universitetində təhsil ala bilərlər. O, universitetin bu tələbələri qəbul etməyə hazır olduğunu vurğulayıb.

Azərbaycanlı gənclərin təhsilini özlərinə təbliğat fürsətinə çevirən bu şəxslər əvvəlcə öz ölkələrində qadınların təhsil və geyim seçimlərinə nə dərəcədə sərbəst qərar verə bildikləri barədə düşünməlidirlər. Azərbaycanlı qızların gələcəyini müəyyənləşdirmək İran rəsmilərinin işi deyil.

visiontv.az