Bağdadda dronlar vuruldu
30.10.2026

Bağdad səmasında naməlum mənşəli pilotsuz uçuş aparatları (PUA) məhv edilib. İraqın təhlükəsizlik rəsmilərinin məlumatına görə, paytaxtda eşidilən partlayış səsləri dronların vurulması ilə bağlı olub.

Bildirilir ki, İraqın hava hücumundan müdafiə sistemləri Bağdadın mərkəzində yerləşən “Yaşıl Zona” yaxınlığında iki kəşfiyyat dronunu zərərsizləşdirib.

“Yaşıl Zona” Bağdadın mərkəzində yerləşən və ciddi mühafizə olunan ərazidir. Burada İraqın əsas dövlət qurumları, hökumət iqamətgahları və ABŞ səfirliyi də daxil olmaqla bir sıra xarici ölkələrin diplomatik nümayəndəlikləri yerləşir.

visiontv.az