Tehranda incəsənət sərgisinin təşkilatçılarına cinayət işi açılıb
30.10.2026

Tehranda keçirilən “İncəsənət Sərgisi Tehran” tədbirinin təşkilatçılarına qarşı cinayət işi açılıb. İranın Məhkəmə-Ədliyyə Sisteminin mətbu orqanı olan Mizan Onlinexəbər verir ki, təşkilatçılar izahat vermək üçün prokurorluğa çağırılıb.

Araşdırmanın səbəbi kimi “hüquqi və dini standartlara uyğun gəlməmək” göstərilsə də, konkret hansı pozuntuların aşkarlandığı açıqlanmayıb. Bununla yanaşı, sərginin biletlərinin satıldığı internet saytı və təşkilatçıların sosial media hesabları bloklanıb.

Hadisə İran dövlət televiziyasında başqa bir tədbirlə - “Fitex Sərgisi” ilə bağlı yayılan görüntülərin müzakirələrə səbəb olduğu bir vaxta təsadüf edir. Həmin görüntülər də adıçəkilən media qurumlarının etirazı ilə qarşılanıb.

visiontv.az