Şuşa Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yerləşən şəhərdir. Şuşa şəhəri ilə Bakı şəhəri arasında olan məsafə 373 km. Şəhərin ərazisi dağlıqdır. Ən yüksək zirvəsi Böyük Kirs dağıdır (2725 metr). Keçəldağ aşırımı da rayon ərazisindədir. Rayonda əsasən, Yura və Təbaşir çöküntüləri yayılmışdır. Müxtəlif növ tikinti materialları yataqları və mineral su bulaqları (Turşsu, Şırlan) var. Şəhərin kənarında dərin Daşaltı dərəsinin yaxınlığında yerləşən Cıdır düzüxüsusilə məşhurdur. Cıdır düzündən bir qədər aşağıda qırx pilləkan deyilən dik pilləli yol Daşaltı çayına aparır. 1992-ci ildə Şuşa şəhərindən cənubda dəniz səviyyəsindən 1365 m hündürlükdə yerləşən, uzunluğu 114 m, əhəng daşları Triton əsrinə aid olan "Xan mağarası" ermənilər tərəfindən dağıdılıb.
Tarixi
Şəhərin təməli 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırırdılar. Əsrarəngiz Şuşa şəhərinin binasını qarabağlı Pənah xan Cavanşir qoymuşdur. Pənah xan 1750-ci ildə Qarabağın ən səfalı guşəsində üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş dağ yaylasında yeni qalanın bünövrəsini qoyur. Pənah xan Təbriz, Ərdəbil və başqa şəhərlərdən məşhur ustalar (bənnalar) gətirtdirdi və hasarın içərisində yeni binalar və özü üçün saray tikdirir.
Qalanın “İrəvan” və “Gəncə” adlı iki möhkəm qapısı var idi. Pənah xan Qarabağın Seyidli, Çuxur məhəllə, Köçərli, Saatlı, Merdinli, Qurdlar, Culfalar və başqa kəndlərindən əhalinin bir hissəsini qalaya topladı. Şiş uclu dağlar əhatəsində yerləşən Pənahabad əvvəllər “Şişə”, sonralar isə Şuşa adlandırılmağa başlandı. Bu qalaya hücum edən Məhəmməd Həsən xan Qacar (1757), Fətəli xan Əfşar, Ağa Məhəmməd şah Qacar (1795) onu ala bilməmişdilər.
Sovet hakimiyyəti dövründə Şuşa şəhərinin inzibati statusu bir neçə dəfə dəyişikliyə məruz qalmışdı. 1921-ci ildə Şuşa yeni yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi kimi müəyyənləşdirildi. Lakin bu qərar 1923-cü ildə dəyişdirilərək Vilayətin mərkəzi Xankəndi seçildi. Ermənilər Azərbaycana qarşı hazırladıqları planları Şuşadan həyata keçirməyin heç də asan olmayacağını başa düşüb bu qərarın həyata keçirilməsinə nail olmuşdular. 1923-cü ildə Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil edildi. Bununla da Şuşa 170 ildən artıq yerinə yetirdiyi statusdan – bütün Qarabağın mərkəzi statusundan məhrum edildi.
Şuşa havasının tərkibi, təmizliyi, saflığı və müalicə əhəmiyyəti baxımından kurort şəhəridir. Bu baxımdan, nəinki, Azərbaycanda, onun hüdudlarından kənarda da Şuşa öz səfalı yerləri, istirahət guşələrinə görə məşhur idi.Şuşa dağlarında xüsusi gözəlliyi olan bir gül var. Bu gül dünyanın heç bir yerində bitmir. Təbiətin Şuşa dağlarında yaratdığı bu möcüzə xarı bülbül adlanır. Gülün üst tərəfi elə formadadır ki, sanki gülün üstünə bülbül qonub və oradaca donub qalıb.Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı. Şəmilin bulağı, əfsanəvi “Cıdır düzü” yerli camaatın və oraya təşrif buyuran qonaqların ən sevimli yeri idi.
Vaxtilə müstəqil Azərbaycanın memarı olan Heydər Əliyevin abidələr şəhəri adlandırdığı Şuşada 350 hektarlıq qoruq zonasında 300 tarixi abidə, 550 qədim yaşayış binası, 870 m uzunluğunda bərpa olunmuş qala divarları vardı. Tarixi abidələrdən 23-ü respublika və dünya miqyaslı abidələrə aid idi. Şuşada milli abidələrin çoxluğu, onların rəngarənglik baxımından fərqlənməsi, haqlı olaraq, şəhərin mədəniyyətimizin ən zəngin beşiyi adlandırılmasına səbəb olmuşdur. Bu abidələrin çoxu XVIII-XIX əsirlərə aiddir. Şuşada hər bir ev, küçə, möhtəşəm qala divarları, məscidlər, qəd-qamətli minarələr, əzəmətli qəsrlərin qalıqları keçmişimizdən xəbər verir.
Şəhər, qəsəbə və kənd - 31
Sənaye və tikinti obyekti – 27
Mədəni - məişət obyekti - 103
Tarixi abidə və muzeylər – 265
Şuşada 17 məhəllə vardı: Qurdlar, Seyidli, Culfalar, Quyuluq, Çuxur, Dördlər Qurdu, Hacı Yusifli, Dörd Çinar, Çöl Qala, Mərdinli, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam Qabağı və Təzə məhəllə. Hər məhəllədə hamam, məcid, bulaq vardı.
İşğaldan qabaq Şuşada Dövlət Dram Teatrı, Dövlət Qarabağ tarixi və Şuşa şəhərinin tarixi muzeyləri, Üzeyir Hacıbəyovun, Bülbülün, Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Dövlət Rəsm Qalеrеyası, 4 texnikum, 2 institut filialı, orta və orta ixtisas musiqi məktəbləri, кitabхanalar fəaliyyət göstərirdi.
1992-ci ilin may ayının 8-də Şuşa rayonu erməni silahlı qüvvələri tərəfindən işğal edildi. Şuşanın işğalı zamanı 200 nəfər şəhid olmuş, 150 nəfər əlil olmuş, 552 körpə yetim qalmış, 22 minə yaxın insan qaçqın düşmüş, 300 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internat və s. dağıdılmışdır.
Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə vandallar 600 yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifinməqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evinin, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər.[5] Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyi Şuşa filialı, Dövlət Qarabağ Tarixi muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), müğənni Bülbülün (400-dək əşya), musiqiçi və rəssam Mir Möhsün Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilib.