Küveytdə cinayət məhkəməsi baş nazirin müavininə qarşı sui-qəsd planlaşdırmaq, İranla əməkdaşlıq etmək və “Hizbullah” təşkilatına üzv olmaq ittihamları ilə üç nəfəri ölüm cəzasına məhkum edib.
“Agence France-Presse” agentliyinin məhkəmə sistemindəki iki mənbəyə istinadən yaydığı məlumata görə, öl*üm hökmü çıxarılan şəxslər arasında din xadimi, “İslam Milli Alyansı”nın baş katibi Hüseyn Abdullah Matuq da var.
Təqsirləndirilən şəxslərdən biri 2016-cı ildə ter*ror fəaliyyəti ilə əlaqədar məhkum edilib, lakin sonradan Küveyt əmiri tərəfindən əfv olunub. O, bu ilin aprelində yenidən həbs edilib.
visiontv.az