İran və Ermənistan poçt əməkdaşlığı və elektron ticarətin genişləndirilməsini müzakirə edib
30.10.2026

İranın İrəvandakı səfiri Xəlil Şirqulami Ermənistan Poçt şirkətinin ("HayPost") baş direktoru Şuşan Aleksanyanla görüşündə iki ölkə arasında poçt sahəsində əməkdaşlıq və elektron ticarətin inkişaf perspektivləri haqda fikir mübadiləsi aparıb.

Ermənistan Poçt Şirkətinin baş direktoru ötən il İranın Milli Poçt Şirkəti ilə əməkdaşlıq memorandumunun imzalandığını qeyd edərək, elektron ticarət, iki ölkə arasında poçt göndərişlərinin mübadiləsi və göndərişlərin tranziti sahəsində İranın dövlət və özəl şirkətləri ilə əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

visiontv.az