"YAŞAT" Fondu müharibə əlilinin əməliyyat xərclərini qarşılayıb
"YAŞAT" Fondu müharibə əlilinin əməliyyat xərclərini qarşılayıb
06.12.2023 YAŞAT Fondu Tərəfindən

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir.

Fonddan Visiontv.az-a verilən xəbərə görə, müharibə əlili Əbülfət Qurbanov Tanverdi oğlunun “Tibialis Posterior Tendon vətər transferi” əməliyyatının xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

Fondun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.