Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus qırıcı təyyarələr İstanbul boğazı üzərində salamlama uçuşları keçiriblər. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü münasibətilə hərbi yürüş keçirilib. Tədbirdə ictimaiyyətin nümayəndələri, rəsmi şəxslər də iştirak ediblər.
Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan “Qarabağ” hotelinin açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Avqustun 29-da Şuşa şəhərində dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstünün açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Xəbər verdiyimiz kimi avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonu ərazisində yeni yaradılan “Gənclik” parkının açılışında iştirak ediblər.
Türkiyədə yaşanmış sel fəlakəti səbəbindən həyatını itirənlərin sayı artıb. Kastamonu şəhərində 69, Sinopda 9, Bartında isə 1 nəfər selin qurbanına çevrilib. Bununla da seldən ölənlərin ümumi sayı 79-a yüksəlib.
Milli Məclisin deputatları Musa Quliyev, Əziz Ələkbərov, Soltan Məmmədov, Aydın Mirzəzadə və Hikmət Babaoğlu 4 saylı Bakı DOST Mərkəzini ziyarət ediblər. Qonaqlar əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, reabilitasiya, pensiya, sosial sığorta və sosial rifah sahələrində mərkəzlərdə göstərilən xidmətlərlə tanış olublar.
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar.