"YAŞAT" Fondunun büdcəsindən 94 milyon manata yaxın vəsait xərclənib
"YAŞAT" Fondunun büdcəsindən 94 milyon manata yaxın vəsait xərclənib
08.12.2025 YAŞAT Fondu Tərəfindən

Bu günə qədər "YAŞAT" Fondunun büdcəsindən 93 622 394.16 AZN vəsait xərclənib.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov hesabat çıxışında bildirib.

“Qeydə alınmış müraciətlərdən 18 566 şəxsin 93 897 müraciəti təmin edilib. 42 246 250.00 AZN vəsait isə məişət şəraitinin yaxşılaşdırılması istiqamətində xərclənib. Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə şəhid ailə üzvlərinin 5 563, itkin ailə üzvlərinin 6 və yaralıların 7 037 müraciəti olmaqla, ümumilikdə, 12 606 müraciət təmin edilib”, - o qeyd edib.

Elvin Hüseynov bildirib ki, hər iki valideynini itirən 7 şəhid övladının adına 5000 AZN məbləğində depozit hesabı açılıb: “27 sentyabr 2020-ci il tarixindən sonra dünyaya gələn 120 şəhid övladı ilə bağlı Fond tərəfindən “Onlar bizə əmanət” layihəsi həyata keçirilib. Layihə çərçivəsində yeni doğulmuş şəhid övladlarının zəruri xərclərinin qarşılanması məqsədi ilə 1 000 AZN məbləğində maddi yardım edilib və şəhid övladlarının adına 5 000 AZN məbləğində depozit hesabı açılıb. Onların içərisinə Bərdə və Gəncə terrorunda valideynlərini itirmiş uşaqlar da var”.