Azərbaycanın haqq savaşında 1994-cü ildə Təırtər-Ağdərə istiqamətində həlak olan qazax balası Yerbol Barımbetovun Azərbaycanda qonaq ola ailə üzvləri qardaşı Nurbol Barımbetov və Nurbol Barımbetovun 13 yaşlı oğlu Erbolat Barımbetov, eləcə də Yerbol Barımbetovun qəhrəmanlığı haqqında kitab yazan Qazaxıstanın tanınmış ictimai xadimi, jurnalist Nasiha Kumarqızı “YAŞAT” Fondunda qonaq olublar.
“YAŞAT” Fonndunun rəhbəri Elvin Hüseynov qonaqlara “YAŞAT” Fondunun fəaliyyəti haqqında geniş məlumat verərərək bildirib ki, Azərbaycan torpaqları uğrunda canından keçən hər bir şəhid ailəsinin və qazinin yanındadır. “YAŞAT” Fondu 8 dekabr 2020-ci ildə Azərbaycan Prezidneti İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək üçün yaradılıb. Fondun rəhbəri qeyd edib ki, Azərbaycan xalqı vətən torpağı uğrunda canını qurban vermiş hər bir şəhidinin, eləcə də Albert Aqarunovun, Yuri Kovalyovun, Nurbol Barımbetovun xatirəsi bizim üçün hər zaman əziz olaraq qalacaqdır. Çünki 1992-ci ildən bu yana şəhid olanlarımızın açdığı cığırla gedən 2020-ci il qəhrəman qazi və şəhidləri, əsgərləri bizə Qələbəni, Zəfəri hədiyyə etdilər.
Yerbol Barımbetovun qardaşı Nurbol Barımetov öz növbəsində qeyd edib ki, o da bir türk oğlu kimi özünü çox xoşbəxt hiss edir. Çünki 28 illik axtarışdan sonra, Bakının II Şəhidlər Xiyabanındakı qəhrəman şəhidlər sırasında uyuyan qardaşının da ruhu şaddır. Azərbaycanın zəfərində onun ailəsinin də bir azca payı varsa, bu bütün türk dünyasının sevincidir.
Daha sonra Nurbol Barımbetovun həyatının kitabını yazan Nasiha Kumarqızı “Yerbol- Qarabağ şəhidi” kitabıını “YAŞAT” Fonduna hədiyyə etdi.
Görüşdə iştirak edən araşdırmaçı jurnalist Aida Eyvazlı isə qeyd etdi ki, Nurbol Barımbetov Qazaxıstan-Azərbaycan arasında əbədi uçulmayan bir eşq körpüsü yaradıb. İndi Yerbol həm Azərbaycanın, həm Qazaxıstanın, həm də bütün türk dünyasının fəxridir. “YAŞAT” Fondu özünün yeni və mükəmməl layihələri ilə hər bir şəhid və qazi ailəsinin yanında olmaqla, bu ailələrin həyata inamını möhkəmlədir. Bu günə qədər , ataları döyüşlərdə qəhrəmanlıqla həlak olan, atasının şəhadətindən sonra dünyaya gələn 111 körpələri və digər şəhid övladlarının daima yanında olan fond, öz layihələri ilə bütün türk dünyasında yeni bir brenddir.
Görüşün sonunda “YAŞAT” Fondunun rəhbəri, Qarabağ döyüşlərinin veteranı Elvin Hüseynov qonaqlara Fondun adından Qarabağı simvolizə edən hədiyyələr təqdim etdi.
Visiontv.az