Hər bir ölkənin qınanılası hansısa əməli fəaliyyət sahəsi ola bilər – ekologiya, səhiyyə, qadın azadlığı, demokratik təsisatların inkişafı, silahlanma, dözümlülük (tolerantlıq) və s. və i. Amma elə fəaliyyətlər var, o sahədə müəyyən ölkələr artıq özünü dəfələrlə sübut edib və qınanılması acı gülüş doğurur. Belə acı gülüşlər qınayan tərəfə qarşı haqlı ikrah hissi oyadır, həmin qarşı tərəfin açıq-aydın qərəzindən xəbər verir.
Dənizaşırı, torpaquzağı, havayaxını... - əli-ayağı, yorğanı-balıncı, səsi-sorağı çatdığı qədər öz neomüstəmləkəçiliyini Yer üzünün dörd yanında davam etdirməyə çalışan Fransa, bəlkə də gözləmədiyi yerdə (vaxtda və bəxtdə) casus şəbəkəsinin ifşa olunması xəbərindən xəcil olub.
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin zabiti, 1930-cu il Şəki üsyanının rəhbərlərindən biri, yarbay Bəhram bəy Qasım bəy oğlu Nəbibəyovun anadan olmasının 139-cu ildönümüdür .
17 noyabr Azərbaycan Respublikasında Milli Dirçəliş Günüdür. Qutlu olsun!
Qənirə xanımla 20 ilə yaxındır şəxsən tanışdıq, yaradıcı əməkdaşlıq edirdik.
“Siyasi partiyalar haqqında” yeni qanunun tələbinə əsasən ölkədə mövcud olan siyasi partiyaların təkrar qeydiyyata alınması prosesində gəlişmə hiss olunur.
Ermənistan bizim Laçın postumuz səmtə 360 ton “humanitar yardım” daşıyan 19 “tır” səfərbər edib. Necə ki Laçının Azərbaycan bayrağı altına qayıdacağını uzun illər düşünmək belə istəmirdilər, indi də o, 19 “tır”ın suyu süzülə-süzülə geri dönəcəyini düşünməyiblər, qaliba.
Ötən ilin sonunda Xankəndi-Laçın yolunun Şuşa səmtində bizim ekofəallar təbii sərvətlərimizin (qızıl mədənlərimizin) Vardanyan-mardanyanlar tərəfindən qanunsuz istismarına qarşı etiraz aksiyasına başladı.
Bu gün Akademik, Əməkdar elm xadimi, pedaqoq, görkəmli ictimai xadim Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümüdür (Zərifə Əziz qızı Əliyeva; 28.04.1923, Şərur, Naxçıvan – 15.04.1985, Moskva). Ruhu şad olsun!
Bəlli olduğu kimi, aprelin 23-də Azərbaycan Respublikası Laçın-Xankəndi yolunun başlanğıcında, Azərbaycan-Ermənistan sərhəddində nəzarət-buraxılış məntəqəsinin təsis edilməsini həyata keçirib. Üç onillik boyunca qudurğancasına sərbəst gəliş-gedişə adət etmiş, ərazi bütövlüyü, suveren hüquqlarımızı, beynəlxalq hüquqları heçə sayan zehniyyət sahibləri 23 aprel tarixi addımımızdan bərk əndişəyə düşüblər. Qafqaza heç bir aidiyyayı olmayan, dövlət urvatını itirmiş Makron Fransasının Avropa və Xariciİşlər Nazirliyinin mətbuat katibi Ann-Kler Lejandr bekara, əsassız bir açıqlama verib.
Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələdən 8 gün ötür. Zəlzələ aldığı canları aldı, ala bilmədiyi canları da yaxdı-yaraladı keçdi...