SEPAH sözçüsü: “Yeni müharibədə artıq coğrafi məhdudiyyətlərimiz yoxdur”
04.11.2026

İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü, briqada generalı Hüseyn Mohebbi İranın növbəti müharibədə coğrafi məhdudiyyət tanımayacağını bildirib.

O, ali rəhbərin bu mövqeyinə toxunaraq düşmənə zərər vurmaq və tam çəkindirmə təmin etmək üçün geniş əməliyyat sahəsinin müəyyən edildiyini deyib.

Mohebbi İranın müharibənin bəzi mərhələlərini geridə qoyduğunu və həmin mərhələlərdə qələbələr qazandığını iddia edib. Onun sözlərinə görə, ilk qələbə düşmənin əsas məqsədlərinə çatmasına mane olmaq olub. General bildirib ki, ABŞ İslam Respublikasını devirmək və İranı parçalamaq məqsədilə müharibəyə başlayıb, lakin buna nail ola bilməyib.

SEPAH sözçüsü, həmçinin ABŞ-nin Fars körfəzi və Hörmüz boğazı ilə bağlı məqsədlərinə çatmaqda çətinlik çəkdiyini deyib.

visiontv.az