İran dövlət televiziyasının eksperti Sadiq Koşki İsrailin İranın hərbi obyektlərinə hücumları ilə bağlı müsahibəsində İsrailin Kermanşah şəhərindəki pilotsuz uçuş aparatları (PUA) bazasına zərbə endirdiyini bildirib.
Onun sözlərinə görə, İranın dövlət televiziyası isə hadisənin ildırım düşməsi nəticəsində baş verdiyini açıqlayıb.
Koşki İsrailin İran ərazisindəki həssas raket mərkəzlərini və digər strateji obyektləri də dron və başqa vasitələrlə hədəfə aldığını deyib. O, bu hücumların ictimaiyyətə açıqlanmadığını və onlara cavab verilmədiyini söyləyib.
Ekspert ABŞ-nin hücumu nəticəsində Qasım Süleymaninin öldürülməsindən sonra İranın yalnız məhdud cavab verdiyini xatırladıb. Onun fikrincə, bu cür reaksiyalar qarşı tərəfdə İranın çəkindirmə iradəsinin olmadığı qənaətini yaradıb.
visiontv.az