Financial Times nəşri mənbələrə istinadən yazır ki, Yaxın Şərq diplomatları ABŞ və İsrailin ABŞ-də keçiriləcək aralıq Konqres seçkilərindən sonra İrana qarşı daha dağıdıcı hücumlar planlaşdıra biləcəyindən narahatdırlar.
Nəşrin məlumatına görə, mümkün zərbələrin hədəfində İranın nüvə və raket obyektləri, eləcə də elektrik stansiyaları ola bilər.
Mənbələr belə bir hücumun Tehranın sərt cavabına səbəb olacağını bildiriblər. BƏƏ-dən olan bir diplomat isə hərbi əməliyyatların yeni mərhələsi ehtimalının region ölkələrini ən pis ssenariyə hazırlaşmağa vadar etdiyini deyib.
Daha öncə ABŞ prezidenti Donald Tramp noyabrın 3-də keçiriləcək aralıq Konqres seçkilərinədək İrana zərbə endirmək niyyətində olmadığını bildirmişdi.
visiontv.az