Elçin Mirzəbəyli Politoloq
Əyri “ayna”larla kimsə xalqımızı, dövlətimizi haqq yolundan, milli hədəflərdən yayındıra bilməz

“Yaxşı, pis və zalım”... İtaliyalı rejissor Serjo Leonenin ABŞ-da vətəndaş müharibəsi illərində cərəyan edən hadisələrdən bəhs edən filminin adı, yəqin ki, coxlarınıza tanışdır. Əslində filmdə yer alan əksər məqamlar Amerika cəmiyyətinin toplumsal düşüncə tərzinin və ABŞ adlı dövlətin siyasətinin formalaşması prosesinin mahiyyətini və hətta bugünkü reallıqlarını belə özünəməxsus cizgilər və nüanslarla əks etdirir.

10.01.2024
"Ermənisayağı" idiotizm

Təxminən 2 həftə öncə Ermənistanın baş nazirinin Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin dövlət və hökumət başçılarının Moskvada keçiriləcək zirvə görüşünə “qaçaraq” yaxud “uçaraq” gedəcəyini demişdim və gözlədiyim kimi də oldu. Nikol Paşinyan Moskvaya getməyə məcbur oldu, çünki başqa seçimi də qalmamışdı.

27.12.2023
Erməni yalanlarının PoverBankı

Samanta Pover... Bu ad Azərbaycanda çoxlarına tanışdır. Həm də təkcə sözügedən şəxsin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) rəhbəri olduğuna görə yox...

22.11.2023
Ermənistana müftə PUA, bizə isə minnətli dua

Azərbaycan torpaqlarının işğal altında olduğu 30 ilə yaxın zaman kəsiyində bəzi müsəlman ölkələri Ermənistana müftə PUA, bizə isə minnətli dua göndərirdilər. Hətta aralarında o taydan bu taya fətva "tullayanı" da olurdu...

12.10.2023
Mənim fələstinlilərlə ortaq heç nəyim yoxdur, ola da bilməz

Allaha və onun yaratdığı dünlərə, o cümlədən islama münasibətimiz də fərqlidir və əksər hallarda ziddiyyət təşkil edir. Qənaətimə görə, sağlam məntiq, təhlil etmək bacarığı və digər bu kimi keyfiyyətləri bir kənara qoysaq, hətta emosional təbliğat vasitələrinin təsiri altına düşməyən həmvətənlərim də mənim kimi düşünürlər.

09.10.2023
Ermənistanın bütün nəfəs yolları kəsilməlidir

“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” 2022-ci il martın 11-də imzalanıb.

08.10.2023
Avropa Parlamenti üçün yeganə dəyər “€” (avro) işarəsidir

Avropa Parlamenti Azərbaycana qarşı əsassız iddialardan, erməni və fransız nağıllarından ibarət novbəti qətnaməsini qəbul edib və qoca qitənin qanunverici orqanının 491 parlamentarisi bu klassik əxlaqsızlığı dəstəkləyib.

06.10.2023
USAİD-in vəsaitləri ölkəmizdə siyasi qüvvələrin, media resurslarının, QHT-lərin ələ alınmasına xidmət edib

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin Serbiyanın CANVAS (Tətbiqi Qeyri-zorakı Fəaliyyət və Strategiyalar Mərkəzi) qeyri-hökumət təşkilatının nümayəndələrinin USAİD proqramı çərçivəsində Tbilisidə olduqları və hökumətin devrilməsi prosesində həlledici rol oynamalı olan mülki fəalların böyük bir qrupu üçün təlim keçdikləri barədə açıqladığı məlumatlar kifayət qədər ciddi ittihamlardır və əgər USAİD-in Ukrayna, Moldova, Belarus və digər ölkələrdə həyata keçirdiyi və ya keçirməyə cəhd göstərdiyi hakimiyyət dəyişikliyi planlarını nəzərə alsaq, rəsmi Tiflisin ittihamlarının kifayət qədər ciddi olduğunu söyləyə bilərik.

05.10.2023
“Dığa”larda toy

21 il, 5 ay öncə ermənilər Şuşaya hücum planı hazırlamışdılar, Şuşanın ələ keçirilməsini və mülki əhalinin tamamilə məhv edilməsini hədəfləyən bu rəzil plan “Dağlarda toy” adlanırdı...

05.10.2023
Fransanın (qarın) Ağrısı

Ukraynadan sonra tələm-tələsik Ermənistana səfər edən Fransanın xarici işlər naziri Katrin Kolonna X platformasında Ağrı dağının şəklini paylaşıb.

04.10.2023
Humanitar səlib yürüşü, yaxud riyakarlığın “Qərb standartı”

Azərbaycan ərazisindən Ermənistan hakimiyyətinin və separatçıların təzyiqi altında köçmək qərarı verən ermənilərə total bir yardım kampaniyası və bu kampaniya ətrafında qlobal humanitar şou layihəsi işə salınıb. Azərbaycan ərazilərini könüllü surətdə, təhlükəsizlikləri və rahatlıqları təmin edilməklə tərk edən, “hər şeydən razıyıq” deyib riyakarcasına irişən ermənilər Laçın sərhəd-buraxılış məntəqəsini keçən kimi üzlərindəki qat kəsmiş maskalaranı ataraq, Ruben Vardanyan kimi timsah göz yaşları tökür.

02.10.2023