21 il, 5 ay öncə ermənilər Şuşaya hücum planı hazırlamışdılar, Şuşanın ələ keçirilməsini və mülki əhalinin tamamilə məhv edilməsini hədəfləyən bu rəzil plan “Dağlarda toy” adlanırdı...
Bu ağır müharibə cinayətləri ilə müşaiyət olunan “plan”ın nə üçün “Dağlarda toy” adlandırıldığına xüsusi diqqət çəkmək niyyətində deyiləm. Amma xatırdaım ki, bu, günahsız insanların qətlə yetirilməsinə, özgənin malının qəsb edilməsinə xidmət edən qatil “planı”na “toy” adı verən, azərbaycanıların qətlə yetirilməsini, etnik təmizləməyə məruz qalmalarını bayram edən Ermənistanın sabiq müdafiə naziri, 1999-cü ildə terrorla cəhənnəmə yola salınan terrorçu Vasgen Sarkisyanın naqis, miskin, ibdar, cani təfəkkürünün, doğuluşdan qısır “əxlaq”ının məhsuludur.
Bu nanəciblər 30 ilə yaxın dağlarımıza, dərələrimizə, bulaqlarımıza, çaylarımıza... “toy” tutdular. Onmunlərlə körpəni gözüyaşlı qoydular, yüzminlərlə azərbaycanlıya yurd itkisi yaşatdılar... Çadır düşərgələrində, “vaqon-ev”lərdə itirilən, ümiddən, arzudan, xoşbəxtlik haqqında düşüncələrdən məhrum edilən nə qədər insanın ömrünü yedilər bu şərəf yoxsulları...
İndi məzlum görkəmi alıblar... Əməlləri burunlarından gəlir. Uzun illər boyu üzərimizə kin, nifrət yağdıranlar, başlarından böyük hikkə ilə xalqımızı aşğılayanlar, ədalarından çat verənlər, indi zəhər verənlərinin adlarını, aldıqlarını, verdiklərini, satdıqlarını, satıldıqlarını onlardan bu barədə soruşulmadan üyüdürlər. Gözlərindən törətdikləri ağlasığmaz cinayətlərinə görə qorxu yağır. Üzərini məzlum örpəyi ilə örtməyə çalışsalar da, işə yaramır. Timsah göz yaşları axıdıb mərhəmət dilənir, dil-dil ötməkdə yarışa çıxırlar. “Allah haqqı, ha...” Allah qəniminiz olsun, nanəciblər.
...44 günlük müqəddəs Vətən savaşının, Zəfər yürüşünün nəticəsində torpaqlarımızı işğaldan azad etdik. 23 saat 43 dəqiqəyə “gövdəmizə”, “qol-budağımıza” yapışıb qanımızı, iliyimizi sovuraraq qol-budaq atmaq istəyən zəhərli fır göbələklərinin hikkəli iddialarına son qoyduq. Başa saldıq ki, flr göbələyi ağacın gövdəsinə, qol-budağına “yapışıb” müəyyən zaman kəsiyində qidalana bilər, amma heç vaxt ağac ola, qol-budaq ata bilməz. Çünki kökü yoxdur!
44 günlük Zəfərdən sonra, içimizdəki ağzıgöyçək lənətlənmişlər, tarixi qələbəmizin əldə edilməsində zərrə qədər xidmətlərinin olmadığını, əksinə təslimçiliyə “şam tutduqlarını” göz önünə gətirərək, “Xankəndi nə oldu”, “Xocalı necə olacaq” deyirdilər. İndi Azərbaycan öz əraziləri üzərində suveren hüquqlarını tamamilə bərpa edib və eyni sualı mən bu siyasi “məişət tullantıları”na ünvanlayıram: Nə oldu, ay filan-filan şüdələr? Rubenin arxasınca Araik də gəldi, Bako da, Arkadi də... Daha doğrusu əliqandallı gətirildilər Bakıya. Amma sizin səsiniz gəlmir. Niyə? Arzunuz... içinizdə qalıb? Yoxsa Rubenin, Bakonun və digərlərinin ortaq əlaqələriniz haqqında faktları üyüdə biləcəklərindən narahatsınız. “De(r)mokratiya”nın ƏKəsi, bəs sən niyə susmusan? İnternetin yoxdu, meqabaytın tükənib? Hələ biri də var, okeanın o tayından özünəbənzər biriylə səs-səsə verib Paşinyan kimi “rəhbər” arzusuyla “kaş-kaş” deyənləri nəzərdə tuturam. İndi nə deyirsiniz? Sizi “kaş-kaş” dediklərinizə biz “kiş-kiş” deyirik və məşhur el məsələsinin mahiyyətinə zidd də olsa da “donuzu darıdan” çıxarmışıq artıq...
İlham Əliyev Azərbaycan xalqının 200 illik arzularını gerçəkləşdırıb. Mümkün olmayanı mümkün edib. Nəinki Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bərpasına, hətta Azərbaycan xalqının qanına əli bulaşanları, Qarabağdakı qondarma təsisatın, hərbi xuntanın, bir vaxtlar gur-gur guruldayan “lider”lərinin əli qandallı Bakıya gətirilməsinə nail olub. Bu bizim bir xalq olaraq tarixi uğurudur və bu tarixi uğurun memarı Prezident, Ali Baş Komandan İlham Əliyevdir!
İndi, onillərlə bizə meydan oxuyanlar bizim meydanımızdadırlar və Ədalət Məhkəməsinin qarşısında əməllərinə görə cavab verməli olacaqlar. Bu məhkəmə dünyaya haqqın,ədalətin çoxdan gözlənilən zəfərini nümayiş etdirməklə yanaşı, on illərdir gizli qalan həqiqətləri gözü önünə sərgiləyəcək, qaranlıqları aydınlığa çıxaracaq, maskaları, niqabları yırtacaq!
Amma biz nə dağlarda, nə də “dığalar”dan... toy tutmayacağıq. Biz qaranlığa işıq tuturuq, vəssalam! Həmişə işıqlıqda!
Elçin Mirzəbəyli
visiontv.az