Elbəyi Həsənli Araşdırmaçı - jurnalist
Erməni lobbisi ABŞ-ın yanına can atan Ermənistanı Rusiyanın yanında qalmağa təhrik edir

Amerika Erməniləri Milli Komitəsi (AEMK) Amerikadakı erməni diasporunun fəaliyyətinin koordinasiyası ilə məşğuldur. Lobbiçilik fəaliyyəti göstərirlər. Qatı anti-türk mövqeyində olan təşkilatdır.

19.09.2025
II Əbdülhəmid Fələstini yəhudilərə niyə satmadı? - “Torpaq mənim deyil, mənim xalqımındır”

O gün sosial şəbəkədə qarşıma bir video çıxdı. Ərəb dilində danışan biri yana-yana və dönə-dönə Fələstinlə yanaşı 34-cü Osmanlı sultanı və 113-cü İslam xəlifəsi II Əbdülhəmidin (1876 – 1909) adını çəkdi. Bu məni xeyli düşündürdü. Yaddaşımın dərinliyində itib-batmış bu məsələni yenidən xatırladım. Dəqiqlik üçün II Əbdülhəmid ilə Fələstin arasındakı tarixi əlaqəni araşdırmağa qərar verdim.

08.09.2025
İran etiraf edir ki, Ermənistan artıq Zəngəzur dəhlizinə yaşıl ışıq yandırıb...

“Erməni mətbuatında yer alan xəbərlərə görə, Türkiyə bir əsrə yaxındır ki, “Zəngəzur dəhlizi” deyilən əraziyə çıxış axtarır. Ermənistan hökuməti bu təşəbbüsü iqtisadi səmərələrin açılması vasitəsi kimi təqdim etsə də, layihənin əsl kommersiya və iqtisadi əsaslandırması yoxdur. Onun əsas funksiyası iqtisadi deyil, geosiyasidir. Dəhliz regional nizamı yenidən formalaşdıracaq, Türkiyə və Azərbaycana Cənubi Qafqazda liderlik etmək imkanı verəcək.

05.08.2025
“Ermənistan və Azərbaycan Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb kənara ataraq, sülhə yaxınlaşır”

Bugünlərdə isə “The Moscow Times” belə yazmışdı: “Son 35 ilin çox hissəsini bir-biri ilə münaqişədə keçirən Ermənistan və Azərbaycanın indi ortaq bir düşməni var: Kreml”. Rəsmi Moskva bunun fərqindədir. Başa düşür ki, Rusiyaya nifrət o həddədir ki, gələcək naminə yağı düşmənlər belə Rusiyaya qarşı birləşirlər.

12.07.2025
Azərbaycan erməni yanlısı İrana görə İsraildən keçərmi?

Yadınızdadırsa, Donald Tramp Milad təbrikində Kanadanın Baş naziri Castin Trüdonu qubernator adlandırdı və bəyan etdi ki, Kanada əraziləri ABŞ-ın 51-ci ştatı olarsa, kanadalılar üçün vergilər 60%-dən çox azalacaq.

24.06.2025
İsrail-İran müharibəsi Ermənistan iqtisadiyyatını krtitik vəziyyətə sala bilər

Artıq bunun ilkin əlamətləri var. Bu barədə Ermənistan mətbuatı dönə-dönə yazır.

19.06.2025
İranın parçalanması ehtimalı son dərəcə yüksəkdir

Israil-Iran savaşı başlayan ilk gün yazmışdım. Bu müharibə Türkiyə və Azərbaycanın xeyrindədir. Ermənistanın əsas müttəfiqi olan İranın çökməsi Zəngəzur dəhlizinin açılmasını gətirib çıxaracaq.

18.06.2025
“Vilson Ermənistanı” nə deməkdir? - Bunu Azərbaycanda Cəmil bəydən yaxşı bilən çətin tapılsın

Cəmil Həsənlini yaxşı tanıyırsız. Tanımış tarixçidir. Siyasətçi kimi də fəaliyyəti bəllidir. O, İranın müdafiəsi ilə bağlı bir status paylaşıb. Arqumentlərindən biri də odur ki, İsrail Təbriz aeroportunu vurur və.s. Bunlarla işim yox. Ancaq bir məsələ ilə bağlı Cəmil Həsənliyə etirazım var. Özü də kəskin şəkildə.

17.06.2025
İsraili qınayan bəyanatlar situasiyanı dəyişməyəcək…

İsrail İranın nüvə obyektlərinə və raket fabriklərinə zərbələr endirir, İran isə 100-yaxın dron vasitəsi ilə bu hücuma cavab verir. “Reuters” agentliyi belə yazır. Agentlik bildirir ki, bu hücumdan ABŞ-ın xəbəri olmayıb. İsrail bu barədə Fransaya da xəbər verməyib.

13.06.2025
İran hökuməti heç vaxt əhalinin etnik və dil qrupu haqqında rəsmi statistika dərc etməyib

Lakin 2011-ci ilin yanvarında Türkiyəyə rəsmi səfəri zamanı İranın o vaxtkı xarici işlər naziri Əli Əkbər Salehi bildirmişdi ki, iranlıların 40 faizi türkcə danışır.

10.06.2025