Lakin 2011-ci ilin yanvarında Türkiyəyə rəsmi səfəri zamanı İranın o vaxtkı xarici işlər naziri Əli Əkbər Salehi bildirmişdi ki, iranlıların 40 faizi türkcə danışır.
Salehi jurnalistin İran-Türkiyə ikitərəfli münasibətləri ilə bağlı sualına cavabında belə demişdi: "Biz demək olar ki, eyni dildə danışırıq. İranlıların 40 faizi türkcə danışır. Bu, (yəni türk dili) Türkiyə ilə İran arasında böyük bir bağdır". “Amerikanın səsi” radiosu. 2022 noyabr.
Həmin çıxışın ingiliscə variantını da təqdim edirəm. Orjinaldan oxuya bilərsiz. Niyə orjinaldan deyirəm? Çünki cənab nazir suala ingiliscə cavab verib. İranda əhalinin 40 faizinin türkcə danışması həm də o deməkdir ki, İran əhalisinin ən azı 40 faizi türklərdən ibarətdir…
Xatırladım ki, cənab Salehi 1949-cu ildə Kərbəlada (İraq) anadan olub, onun atası da, anası da farsdır. Onun nəsli 200 ildən çoxdur ki, Kərbəlada yaşayır. O, fars, ərəb və ingilis dillərini mükəmməl bilir. Sözümün canı o ki bu sözü deyən adam etnik baxımdan farsdır, türk deyil. Yəni bu fikri ora-bura yozmğa çalışanlar heç özlərini yormasınlar. Bu həm də o deməkdir ki, türklər İranda etnik azlıq yox, dominant xalqdır...
Elbəyi Həsənli
visiontv.az