Bir neçə gün öncə Tehranda erməni “Müqəddəs Sarkis Kilsəsi”nin yaxınlığında inşa edilən və xristian dini rəmzləri ilə bəzədilmiş yeni “Müqəddəs Məryəm” Metro Stansiyası rəsmi açılış mərasimi ilə istifadəyə verilib.
Açılış mərasimində Tehran meri Əlirza Zakani, İran-Ermənistan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri erməni millət vəkili Ara Şaverdiyan və Ermənistanın Tehrandakı səfiri Qriqor Akopyan iştirak edib. (Fars News)
Qeyd edək ki, stansiyanın adı ölkədəki erməni xristian icmasının şərəfinə seçilib. Yeni stansiyanın açılması — görünüşdə ermənilərə hörmət jestidir.
visiontv.az



