"OZ damğası” - Günəş hərəkətdədir, həyat da hərəkətlədir
05.12.2025

Foto 1) 1939-cu ildə Qobustanda Cingirdağ, Yazılıtəpə, Böyükdaş, Kiçikdaş dağları ərazisində tapılan saxı qab. Foto 2) Qobustanda Cingirtaş (yaşı təxminən 10 min il). Foto 3) Cənubi Azərbaycanın Ərdəbil vilayətinin Germi şəhərində tapılan, təxminən yaşı 2200 il olan “Oz” damğalı parça. Foto 4) Qubanın Alpan kəndində tapılan yaşı min ildən çox "Öz" damğalı xalça.

Bu cürə nümunələr çoxdur. Azərbaycan ərazisində yüzlərlə belə arxeoloji qazıntılar zamanı tapılan Maddi və mənəvi irsimizə aid əşyalar, xalçalar və sairə göstərir ki, bu damğa Azərbaycan torpaqlarında yaşayan qədim türklərə məxsus olub.

Qədim inanclara görə prototürklərin Tanrıya yetişməsini təcəssüm etdirdiyini bildirir bu damğa.

Qədim türk mədəniyyətində çox mühüm və müsbət mənalı bir işarə olub. Onun indiki dövrdə mənfi mənalarla əlaqələndirilməsi (XX əsrdə nasistlər tərəfindən sui-istifadə olunması) qədim mənasını dəyişmir.

Bu rəmz türk tayfaları vasitəsilə Hin­distana keçmiş, sonradan onu nasistlər istifadə etmişlər.

Türklər "Öz" damğasını “kəkilik izi”, “qolları bükülü damğa”, “qavslı damğa” kimi tanıyırdılar. Çox vaxt o, günəş işarəsi və ya dövrün, həyatın davamlılığı anlamında işlədilib.

Göytürk yazılı abidələrində və Orxon-Yenisey mədəniyyətində bu simvola oxşar işarələrə rast gəlinir.

Oxuduğum bəzi araşdırmalarda bu işarə “Göy Tanrıdan gələn güc” kimi şərh olunur. Dövr edən forma səmavi gücü və hərəkəti təmsil edir.

Damğaya fikir verin. Dörd istiqamətə yönəlib. Şaman, qədim Maq və Türk fəlsəfəsinə görə bu istiqamətlər belədir :

Şərq – doğuş

Qərb – batış

Cənub – istilik, enerji

Şimal – sərinlik, sükut

Eyni zamanda qədim Azərbaycanda Hava, Od, Su və Torpağı təcəssüm edir ki, bunlarda bizim qədim Novruz bayramının elementləri hesab edilir.

Bu dörd istiqamətin bir nöqtədə – mərkəzdə birləşməsi qədim türklərin kosmos anlayışının simvoludur. Bu türk fəlsəfi fikirinə görə kainat xaosdan yaranmayıb; ritm, dövrilik və harmoniya üzərində qurulub.

Svastika bu harmoniyanın mərkəzdən yaranan

Qədimdə "haqq aşıqlarının” insan ru­hu­nu Tanrıya qovuşdurduğuna inam o qədər güclü idi ki, onları "OZAN” adlan­dırırdılar.

Günəş, həyat, xoşbəxtlik rəmzi olan Çərxi-fələk e.ə. 8-ci minilliyə aid qaya rəsmlərində gördüyümüz dünya görü­şünü bu günümüzə çatdırmışdır.

"OZ”laşaraq Tanrıya qovuşma” fikri öz kökünü Əhməd Yəsəvinin təməl fəlsəfəsindən alır. Ona görə də Əhməd Yəsəvi üçün tikilmiş türbənin təməl bəzəyini svastika təşkil edir.

Bir sözlə Öz damğası bizlərə mesaj verir :

“Dünya dörddür, hər şey bir-biri ilə bağlıdır.”

Prof.Dr. Zaur Əliyev

visiontv.az