ABŞ-ın Gürcüstana münasibətinin dəyişəcəyinə ümid edirik
05.12.2025

ABŞ hakimiyyətinin Gürcüstana münasibətinin dəyişəcəyinə ümid edirik.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

O, Gürcüstanın ABŞ-ın mövqeyini səbirlə gözlədiyini bildirib.

“Biz ümid edirik ki, 2024-cü ilədək Gürcüstana münasibətdə mövcud olmuş tamamilə kobud və ədalətsiz münasibət dəyişəcək”, - Kobaxidze əlavə edib.

Baş nazir qeyd edib ki, Gürcüstan ABŞ-ın mövqeyini gözləyir:

“Biz bəyanatlar vermişik və cavabı gözləyirik. Hərəkətlərimiz cavaba uyğun olacaq”.

Qeyd edək ki, ABŞ Gürcüstanla 2009-cu ildə əsası qoyulan strateji tərəfdaşlığı ötən ilin noyabrın 30-da dayandırıb. Vaşinqton bu qərarı Gürcüstan hökumətinin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini açıqlayandan sonra qəbul edib.

Gürcüstan hökuməti ABŞ ilə strateji tərəfdaşlığı təmiz səhifədən və konkret yol xəritəsi əsasında bərpa etməyə hazır olduğunu dəfələrlə bəyan edib.