İsrail-İran müharibəsi Ermənistan iqtisadiyyatını krtitik vəziyyətə sala bilər
İsrail-İran müharibəsi Ermənistan iqtisadiyyatını krtitik vəziyyətə sala bilər
19.06.2025 Elbəyi Həsənli Tərəfindən

Artıq bunun ilkin əlamətləri var. Bu barədə Ermənistan mətbuatı dönə-dönə yazır.

Bəllidir ki, Ermənistanın xam neft və təbii qaz ehtiyatları yoxdur, bütün bunlar idxal edilir. Təbii qaz Ermənistanın enerji idxalında ən böyük paya sahibdir, qazdan sonra isə neft məhsulları gəlir.

Ermənistan qaz və nefti əsasən Rusiya və İrandan alır. İndi İranda vəziyyət ağırdır. Getdikcə də ağırlaşır. Bu isə o deməkdir ki, Ermənistanın İrandan qaz və neft idxalında tezliklə ciddi problemlər yarana bilər. Əslində artıq yaranıb da.

Azərbaycan bu boşluğu doldura bilərmi? Ən önəmlisi isə odur ki, hansı şərtlərlə Azərbaycan Ermənistana kömək edə bilər?

Hazırda Ermənistanın İran üzərindən idxalı və ixracı dayanıb. Məsələn, Hindistandan Ermənistana silah tədarükü təhlükə altına düşüb. Ona görə də Ermənistan dünyaya yeni çıxış imkanları barədə düşünmək məcburiyyətindədir. Hazırda Türkiyə Ermənistan üçün xüsusi önəm daşıyır.

2 gün sonra Nikol Paşinyan Türkiyədə Tayyib Ərdoğanla bir araya gələcək. Həmin vaxt İlham Əliyevin də Türkiyədə olacağı gözlənilir. Ola bilər ki, tərəflər ayrı-ayrılıqda və birlikdə görüş keçirsinlər...

İsrail-İran müharibəsindən dolayı bölgəmizdə yeni çağırışlar ortaya çıxıb, buna müvafiq də addimlar atmaq gərəkir...

Elbəyi Həsənli

visiontv.az