Çin “Shahed” dronuna bənzər pilotsuz təyyarəsini sınaqdan keçirib
05.12.2025

Çində “Loong M-9” adlı yeni tipli kamikadze pilotsuz uçuş aparatı (PUA) sınaq mərhələsinə çıxarılıb.

Beynəlxalq mediada yayılan məlumatlara görə, bu dron konstruksiya və imkanlarına görə İran istehsalı olan “Shahed-136” modellərinə son dərəcə oxşardır.

“Loong M-9” uzaqmənzilli hücumlar və kəşfiyyat tapşırıqları üçün hazırlanıb. Məlumata əsasən, dron 1620 km uçuş məsafəsinə, 50 kiloqram yükdaşıma qabiliyyətinə və 8–9 saat havada qalma müddətinə malikdir.

visiontv.az