TBMM sədrinə Türkmənistanın `Dövlət Ordeni` təqdim edilib
TBMM sədrinə Türkmənistanın `Dövlət Ordeni` təqdim edilib
18.11.2022 MEDİA Tərəfindən

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopa Türkmənistanın “Dövlət Ordeni” təqdim edilib.

Visiontv.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türkmənistan Milli Şurasının sədri, Türkmənistanın sabiq prezidenti Kurbankulu Berdiməhəmmədov Aşqabada səfər edən Mustafa Şentopa “Müstəqil Türkmənistana böyük sevgisinə görə” dövlət ordenini təqdim edib.

İlk dəfə parlament sədrinə təqdim edilən medal Türkmənistanla digər dövlətlər və beynəlxalq təşkilatlar arasında iqtisadi və mədəni əlaqələrin inkişafına verdiyi töhfəyə görə verilir.

Berdiməhəmmədova təşəkkür edən Şentop, “Bu medalı Türkiyə ilə Türkmənistan arasında möhkəmlənən münasibətlərin konkret təzahürü olaraq qəbul edirəm. Bu etimadın təşəkkürü olaraq Türkiyə-Türkmənistan münasibətlərinin daha da inkişafı və qardaşlığın əbədi olaraq davam etməsi üçün daha da çox çalışacağam” deyə bildirib. 

İlahə Əliyeva