Türkiyənin TUSAŞ şirkətinin baş direktoru Mehmet Demiroğlu İstanbulda keçirilən “SAHA 2024” sərgisində hökumətlərarası səviyyədə İspaniya ilə “KAAN” qırıcılarının potensial satışı üzrə ilkin danışıqların başladığını təsdiqləyib.
İspaniya Hərbi Hava Qüvvələrinin “ən yüksək səviyyəli 5-ci nəsil qırıcı” barədə məlumat sorğusundan sonra bu prosesə start verilib.
“F-35” planlarından imtina edən və “FCAS” layihəsinin 2040-cı illərə qədər gecikməsi problemi ilə üzləşən İspaniyanın təcili olaraq stels texnologiyalı keçid həllinə ehtiyacı var. Qeyd edək ki, Madrid artıq Türkiyədən 2,6 milyard avro dəyərində 30 ədəd “Hürjet” təlim təyyarəsi satın alıb.
Müqavilə yekunlaşarsa, İndoneziyanın 48 ədədlik sifarişindən sonra “KAAN” NATO və ya Avropa İttifaqı ölkəsinə ixrac edilən ilk Türkiyə istehsalı 5-ci nəsil qırıcı olacaq.
visiontv.az