Əl-Ərəbiyyə: “Hörmüz boğazının mərhələli açılması müzakirə olunur”
09.05.2026

“Əl-Ərəbiyyə” telekanalı bildirib ki, Hörmüz boğazının yenidən açılması ilə bağlı intensiv diplomatik danışıqlar aparılır.

Məlumata görə,  ABŞ və  İran arasında liman blokadasının yumşaldılması müqabilində Hörmüz boğazının mərhələli şəkildə açılması barədə ilkin razılaşma əldə oluna bilər. Yaxın saatlarda boğazda hərəkətsiz qalan gəmilərlə bağlı vəziyyətdə irəliləyiş gözlənildiyi qeyd olunur.

Bu xəbər Pakistanın baş naziri Şahbaz Şərifin ABŞ prezidenti Donald Trampın “Azadlıq Layihəsi” əməliyyatının dayandırılması ilə bağlı təşəkküründən bir gün sonra yayılıb.

Eyni zamanda İranın da münaqişənin sona çatdırılması üçün aparılan danışıqlar çərçivəsində Hörmüz boğazının açılması məsələsini nəzərdən keçirməyə hazır olduğu bildirilir.

visiontv.az