Dövlətə xəyanətdə ittiham olunan şəxs 16 il azadlıqdan məhrum edilib
04.05.2026

Dövlətə xəyanətdə ittiham olunan Vüsal Kamilli barəsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən başlanmış cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

İşə  Bakı  Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə baxılıb.

Məhkəmənin çıxardığı hökmə əsasən, təqsirləndirilən şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Kamilli  Vüsal  Yusif oğlu  Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinə zərər vurmaq məqsədilə qəsdən casusluq fəaliyyəti həyata keçirərək dövlətə xəyanət edib.

Bildirilir ki, o, DTX-nin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb və istintaqa cəlb olunub.

Təqsirləndirilən şəxsə  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham verilib.

visiontv.az