O. 2022-ci ildə riyaziyyatın Nobeli sayılan Fields medal laureatı olub.
1984-cü ildə Kiyevdə doğulan Vyazovska Kiyev Universitetindən məzundur.
Doktorluq işini Bonn Universitetində riyaziyyatın ən çətin sahələrindən biri olan ədədi analiz və harmonik analiz üzrə müdafiə edib.
Onun dünya şöhrəti qazanmasına səbəb olan əsas nailiyyəti “sferaların ən sıx yerləşdirilməsi” (sphere packing) problemi ilə bağlıdır. Bu problem yüzilliklər boyu açıq qalmış və yalnız aşağı ölçülərdə həll olunmuşdu. Vyazovskaya 2016-cı ildə 8 ölçülü məkan üçün optimal həlli taparaq riyaziyyat tarixində mühüm dönüş yaratdı. Bu nəticə “E8 lattice” kimi tanınan mürəkkəb struktura əsaslanır və həm estetik, həm də riyazi baxımdan son dərəcə incə bir quruluşdur.
Bu nailiyyətin miqyasını başa düşmək üçün qeyd etmək lazımdır ki, problem hələ Yohan Kepler dövründən bəri riyaziyyatçıları məşğul edirdi. Vyazovskanın yanaşması isə tamamilə yeni analitik metodlara əsaslanırdı və əvvəlki üsullardan köklü şəkildə fərqlənirdi. O, daha sonra həmkarları ilə birlikdə bu nəticəni 24 ölçülü məkan üçün də ümumiləşdirdi.
Hazırda o, İsveçrənin Lozanna Federal Politexnik Məktəbinin (EPFL) professorudur, ədədlər nəzəriyyəsi kafedrasına rəhbərlik edir. Onun işləri yalnız nəzəri baxımdan deyil, həm də fizika, kriptoqrafiya və informasiya nəzəriyyəsi kimi sahələrdə potensial tətbiqlərə malikdir.
Marina Vyazovska Fields medalına layiq görülmüş ikinci qadın riyaziyyatçıdır.
İlk laureat isə İran əsilli alim Məryəm Mirzəxani (1977-2017) idi.
İbrahim Nəbioğlu
visiontv.az